AILE

Yanınızdakı insan sizə nə dərəcədə uyğundur?

Baxış sayı: 2. 284

Həyatda hər zaman qarşımıza doğru insanlar çıxmır. Bəzən heç düşünmədiyimiz  zaman elə insanlardan elə hərəkətlər görürük ki, harada səhv etdiyimizi özümüz də anlaya bilmirik. Sonradan bu cür peşmanlıqla rastlaşmamağınız üçün indi sizə bəzi məsləhətlər vermək istəyirik. Oxuyun və qarşınızdakı insanın sizə nə dərəcədə uyğun olduğunu özünüz üçün aydınlaşdırın. Ətrafınızda aşağıda göstərilən xüsusiyyətlərə sahib insanlar varsa, onlardan maksimum dərəcədə uzaq durmağa çalışın. Bu insan sevdiyiniz şəxsdirsə, ümumiyyətlə, münasibətiniz haqqında ciddi-ciddi fikirləşin.

 

Yanında təbii ola bilmədiyiniz insanlar

Əgər tərəf müqabilinizin yanında həmişə özünüzü fərqli biri kimi göstərməyə çalışır, heç vaxt olmadığınız kimi davranırsınızsa, deməli yanlış insanla birlikdəsiniz. Əslində sizin özünüzü fərqli aparmağınıza səbəb olan qarşınızdakı insandır. Deməli, münasibətiniz haqqında ciddi düşünməyin əsil vaxtıdır.

 

Onu hələ də ailənizlə tanış etməmisiniz?

Uzun müddətdir tanış olmağınıza baxmayaraq onu hələ də yaxın tanışlarınızla və ailənizlə tanış etmir, qatıldığınız dəvətlərdə onun yanınızda görünməyini istəmirsinizsə, bunun əsil səbəbi sizin ondan əmin olmamağınızdır. Eyni zamanda siz onun ailəsi ilə tanış olmaq istədiyiniz halda o sizi bu fikirdən daşındırmağa çalışır, hər dəfə bir bəhanə gətirirsə, deməli qarşınızdakı insan sizdən əmin deyil. Hər iki hal ciddi narahatlıqla qarşılanmalıdır.

 

Sizi dinləmirsə

Əgər bir insanla ciddi münasibət qurmaq istəyirsinizsə, hər şeydən əvvəl onun münasibətinizdən nə gözlədiyini bilmək üçün danışdıqlarına diqqətlə qulaq asmalısınız. Eyni zamanda bu münasibəti ondan gözləməyə də tam haqqınız çatır. Əgər qarşınızdakı insan bütün söhbətlərinizdə sizi dinləyirmiş kimi davransa da, danışdıqlarınıza heç bir reaksiya vermirsə və ya sizin danışdığınız hər mövzunu öz üzərinə gətirməyə çalışırsa, deməli onun üçün sizin danışdıqlarınızın heç bir əhəmiyyəti yoxdur. Bu isə o qədər də sadə problem deyil. Odur ki, tezliklə aranızdakı bu münasibəti aydınlaşdırmağa çalışın.

 

Ciddi mövzulardan danışmırsınızsa

Söhbətlərinizdə yalnız səthi məsələlərdən, əsasən də  gün ərzində nə ilə məşğul olduğunuzdan danışır, başqa ciddi mövzular barəsində söhbət açmırsınızsa, deməli onun yanında rahat deyilsiniz. Fikirlərinizə necə yanaşacağından narahatlıq duyursunuz. Özünüzə partnyor seçərkən din, siyasət, maddi vəziyyətiniz və.s bu kimi ciddi mövzular ətrafında rahatlıqla söhbət edə biləcəyiniz insanlara üstünlük verin.

 

Tək maraq dairəsi sizsinizsə

Tərəf müqabilinizin sizə diqqətlə yanaşması çox sevindirci haldır. Amma əgər onun maraq dairəsi yalnız sizin ətrafınızda məhdudlaşırsa, bu heç də xoşagələn hal deyil. Qarşınızdaki insanı sizdən başqa heç bir mövzu ilə maraqlanmırsa, başqa heç bir xobbisi, hədəfləri yoxdusa, bu insanla hansı gələcəkdən danışa bilərsiniz? Bütün günü sizi sms yağışına tutan, dostlarınızla vaxt keçirməyinizə mane olan, bütün zamanınızı ona sərf etməyinizi istəyən sevgili əslində çox təhlükəlidir. Bu insanı yeganə düşündürən məsələ siz olduğunuza görə o sizin haqqınızda hər incə, lazımsız detala xüsusi əhəmiyyətlə yanaşacaq. Bu zaman isə ən xırda məsələlər üzərində mübahisələr qaçılmaz olacaq.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir