qədim

Kişilər qədim zamanlarda belə təraş olunurdular

Baxış sayı: 2. 358

Bəli, hələ qədim zamanlardan kişilər təraş olunurdular. Arxeoloqlar müəyyən ediblər ki, mağara divarlarındakı o vaxtdan qalma rəsmlər üz qırxmaq üçün qabıqlardan, köpəkbalığı dişlərindən, ən çox isə itilənmiş çaxmaq daşlarından istifadə olunduğunu göstərir.

Misirdə açılan məzarlarda qədim misirlilərin miladdan öncə 4-cü yüzilikdə üz qırxmaq üçün istifadə etdikləri qızıl və mis alətlər tapılmışdır. Bizim eranın 14-cü yüzilində indiki ülgüclərin ilk nümunələri yaranmağa başladı. Ancaq hər halda, kişilərin ağrılı qanlı təraş dərdi 20-ci əsrin əvvəllərinə kimi davam etdi. Nəhayət, 1901-ci ildə King Camp Gillette ABŞ-da ilk ikitərəfli ülgücü kəşf etdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir