Dünyada ərazisinə görə 3-cü, əhalisinin sayına görə isə 1-ci olan ölkədir. Azərbaycanda isə oranı mallarının keyfiyyətsiz olması ilə daha çox xatırlayırlar. Yəqin artıq söhbətin Çin Xalq Respublikasından getdiyini anladınız. Bu ölkədən danışmağımız əbəs deyil, çünki “FotoTURist”rubrikasında məhz Çindən bəhs edəcəyik. Sözügedən Şərqi Asiya ölkəsinə Fidan Qasımova və İlahə Süleymanlının obyektivindən baxacaqsınız. Beləliklə, Çinin Zhangjiajie, Wuxi, Şangay, Hangzhou və Suzhou şəhərlərinə qiyabi səyahətiniz başladı.