turist

Turistlər üçün qadağalar – bunları bilmədən səyahətə çıxmayın

Baxış sayı: 1. 595

Dünyada yay turizmi başlanıb. İnsanlar zövqləri, arzuları və imkanları çərçivəsində dünya ölkələrinə səyahət edirlər. İsti ölkələrdə yaşayanlar sərin yerlərə, sərin ölkələrdə yaşayanların dəniz, qum ikilisinin olduğu isti yerlərə getməsi təbiidir. Amma bəzi ölkələr turistlərlə bağlı qadağalar tətbiq edib. Bu qadağaları bilmədən həmin ölkələrə səyahət etmək də məntiqli görünmür.

Şimali Koreyaya getmisizsə, bunları da bilməlisiz

“Gencaile.az” dünya mediasına istinadən həmin qadağaları toplayıb. Başlayaq Şimali Koreyada turistlər üçün bir sıra qəribə qadağalar mövcuddur. Ölkəyə gələn hər bir şəxs mütləq şəkildə bu qadağalarla tanış olmalı və əməl etməlidir.

Belə maraqlı qadağalar arasında əl sıxıb görüşmək, salamlaşmaq da yer alır.

 

Ölkədə icazə verilən və qadağan olunanlarla bağlı qısa xülasəni təqdim edir:

Ölkəyə göyərçinlərin, altı dəfədən çox böyütməyə imkan verən binoklların, radio və radio avadanlıqlarının; ticarət markası və xülasəsi olmayan dərmanların; qızıl, gümüş və qiymətli daşların idxalı qadağan edilib. Turistlərin insanların və binaların çox yaxından şəklini çəkməsinə də icazə verilmir. Məsələn, Pxenyanda.

Şimali Koreyada mobil əlaqə qadağan edilib. Buna görə də ölkəyə gələn turistlərə mobil telefonları təhvil vermək təklif olunur. Ölkədən çıxarkən telefonlar onlara geri qaytarılır.

 

Həmçinin ölkədə internet yoxdur. Yalnız daxili əlaqə üçün “intranet” mövcuddur.

Pxenyan hava limanında çıl-çıraq yoxdur. Yalnızca “böyük müəllim” Kim İr Senin şəkli işıqlandırılır. Axşamlar şəhər demək olar ki, ümumiyyətlə işıqlandırılmır.

Kim İr Sen artıq 20 ildir ki, ölməsinə baxmayaraq, Şimali Koreyanın daimi prezidenti hesab olunur.

Dövlətin rəsmi siyasəti ateizmdir. Bütün dinlər XX ərsin 50-ci illərində qadağan olunub. Buna baxmayaraq, ölkədə konfutsi fəlsəfəsinə inam mövcuddur.

Şəhər küçələrində reklam lövhələrinə rast gəlmək demək olar ki, imkansızdır. Təkcə Koreya-Yaponiya birgə istehsalı olan avtomobillərin bir neçə reklam lövhəsi var.

Turistlərə adi məktəb və mağazalara giriş qadağandır. Onlar küçələrdə yerli bələdçilər olmadan gəzə bilməzlər. Qonaqları hər yerdə tərcüməçilər müşayiət edir. Yeri gəlmişkən, Şimali Koreya sakininin geyimində mütləq şəkildə Kim İr Senin partiya şəkli atribut kimi istifadə olunmalıdır.

Şimali Koreya diktatoru Kim Yunq İn ölkəyə gələn azsaylı turistlərə foto çəkməyi qadağan edib. Qeyd edək ki, Şimali Koreya qapalı rejimlə idarə olunduğundan ora turistlərin getməsi daha çətindir. Cəmi bir neçə ölkənin vətəndaşları Şimali Koreyada nisbətən azad gəzə bilər. Avropa və Amerika qitəsi, eləcə də Afrika ölkələrindən gələn turistlər xüsusi icazə sənədi əldə etdikdən sonra  Şimali Koreyaya gələ bilərlər. Hətta bundan sonra da onları ölkənin xüsusi təhlükəsizlik xidməti əməkdaşları izləyir. Çəkdikləri fotoları yoxlayır, bir sözlə, addımbaaddım onunla olur.

Lakin diktator Kim Yunq In hətta nəzarətdən keçən fotolardan belə qorxuya düşüb. Bundan sonra Şimali Koreyada fotoaparatdan istifadə edən turisti ağır cəza gözləyir.

Turist ile ilgili görsel sonucu

Malayziyada uyğunsuz geyimlər qadağandır

Malayziyanın kurort ştatı hesab edilən Trenqanu əcnəbi turistlərə “uyğunsuz geyimlər”dən qaçmağa dair çağırış edib. Yeni təlimata əsasən, qadınlar həddən artıq açıq-saçıq geyinməməli və açıq çimərlik paltarlarından çəkinməlidirlər. Hərçənd bir çox turist bura Cənubi Çin dənizinin çimərliklərində gözəl peyzajdan zövq almağa gəlir.

Tövsiyələr arasında yerli qadın müsəlmanların fikirlərinin öyrənilməsi də yer alıb. Bununla belə, hökumət İslam normalarına uyğun geyinməyi tələb etmir və normaları pozmağa görə cinayət məsuliyyəti ilə hədələmir.

Sinqapurda küçədə saqqız çeynəmək qadağandır. Pul və ya həbs cəzası ilə nəticələnir. Sinqapurda yerə 3 dəfə zibil atsanız, üzərində “mən ətrafı çirkləndirirəm” yazısı olan önlüklə bazar günləri küçələri təmizləməli olacaqsınız. Taylannda küçəyə çeynənmiş saqqız atan 600 dollar ödəyir. Cəriməni ödəməyəni həbs cəzası gözləyir. Avstraliyada uşaqların siqaret alması qadağandır. Amma onların siqaret çəkməsinə icazə var. Meksikada cəmiyyət içində yüksək səslə söyüş söymək olmaz. Pensilvaniyada hamamda mahnı oxumaq olmaz. Səudiyyə Ərəbistanında din dəyişmənin cəzası ölümdür.

Turist ile ilgili görsel sonucu

Amsterdamda bəzi küçələrdə çəkiliş etmək olmaz

Niderlandın Amsterdam bələdiyyəsi ekskursiya qruplarının Qırmızı fənərlər küçəsinə ziyarətini sərtləşdirən qərar qəbul edib. Bu barədə şəhər hökumətinin rəsmi informasiya portalından məlumat verilir.  2018-ci ilin aprel ayından etibarən beş nəfərdən çox olan qruplar “seks sənayesinin” işçilərini görmək üçün meriyadan xüsusi icazə almalı olacaqlar. Bundan əlavə, bu küçədə turistlərə spirtli içki və narkotik maddələrin qəbulu qadağan olunacaq. Ən əsası dəyişiklik isə ondan ibarətdir ki, turistlər vitrindəki fahişələrə baxa bilməyəcəklər.

Qırmızı fənərlər küçəsində həmçinin fotoçəkilişə rəsmi qadağa qoyulur. Ekskursiyalar saat 23:00-da qurtaracaq. Ekskursiyadan əvvəl bələdçi turistlərdən yerli sakinlərə, iş adamlarına və fahişələrə hörmətlə yanaşmağı tələb edəcək.

Qaydalara riayətə görə məsuliyyəti ekskursiya bələdçiləri daşıyacaqlar. Qayda pozuntusuna görə sərbəst bələdçilər 190 avro, turizm şirkətlərinin akkreditasiyadan keçmiş bələdçiləri isə 950 avro məbləğində cərimə oluncaqlar. Üç qayda pozuntusundan sonra bələdçi lisenziyasından məhrum ediləcək.

Turist ile ilgili görsel sonucu

Hollandiya hakimiyyəti xarici vətəndaşların marixuana almalarının qadağa olunması işinə baxır. Turistlərin kofe-şoplarda marixuana almalarını hökumət qadağan etmək istəyir. Bu barədə Reuters agentliyi xəbər verib. “Bu turist diqqət layiqliyi deyil. Bizim bundan xoşumuz gəlmir”-deyə, İctimai təhlükəsizlik və ədliyyə naziri İvo Opstelten bəyanat verib. Nazir izah edib ki, kofe-şopların mövcud olması, narkotik satış sistemində uzaq nöqtələrə çatdırma mərkəzi kimi qəbul edilir.  Nazir “Biz mövcud olan kofe-şop sistemini göndərmə nöqtəsi kimi qəbul edirik. O kamil deyil. Dİgər əlaqələrdə biz onu idarə etməliyik”-deyib. Bugünkü gün Hollandiyada yüngül narkotik maddələrin satışına məhdudlaşdırma sistemi dünyada daha da liberal qarşılanır.

 

Tailandda və daha hansı ölkələrdə…

Tailandda bu il fevralın 1-dən “Çimərliklərdə siqaret çəkilməsinin qadağan olunması haqqında” qanun qüvvəyə minib. Yeni qanuna görə, çimərliklərdə qadağaya məhəl qoymayan sakinlər və turistlər üç min dollardan çox məbləğdə cərimələnəcək. Qadağa bütün növ tütün məmulatlarına, o cümlədən elektron siqaretlərə tətbiq olunur. Rejiminin ölkənin 24 populyar çimərliklərində qüvvədə olacağı bildirilir. Turistlər bundan sonra çimərliyə daxil olmazdan əvvəl yanan siqaret və ya çəkilmiş siqaret kötüklərini girişdə qurulacaq xüsusi qablara atmalı olacaqlar.

Qeyd edək ki, Tailanda turist axını ildən-ilə artır. 2018-ci ildə bu ölkəyə 37.5 milyon turistin səyahət edəcəyi təxmin edilir. Siqaret qadağası haqqında qanun ötən ilin noyabrında qəbul olunub.

Qrenada da çimərlikdən başqa digər yerlərdə çimərlik geyimində gəzmək qadağandır və buna görə 270 dollar cərimə müəyyən olunub. Yerli turizm nümayəndələri bunu kifayət qədər ciddi bir qanun hesab edir və turistlərdən bu qanuna uymağı tələb edirlər. Bu qanuna səbəb çimərlik geyimində olan turist qadınların yerli əhalinin diqqətini cəlb etmələri hesab olunur.

 

Fənərləri sönülü halda avtomobilin idarə olunması (Danimarka, Çexiya)

Bu ölkələrdə yağışın, qarın yağmasından, parlaq günəşin olmasından asılı olmayaraq idarə etdiyiniz avtomobilin fənərləri yanılı olmalıdır. Bu nə qədər qəribə görünsə də hər kəsdən bu qanuna diqqət tələb olunur və bu qanun da əsassız deyil. Araşdırmalar göstərmişdir ki, sürücülər ətrafdakı maşınların fənərləri yanılı olduqda onların hansı manevrləri etmək istədiklərini daha yaxşı anlayırlar. Bu qanun adıçəkilən ölkələrdə bədbəxt hadisələrin sayının azaldılmasına kömək edir.

İtaliyada olan turistlər Venesiyanın gözəlliklərini seyr edə, qondolalarda səyahət edə, muzeylərə baş çəkə bilərlər. Lakin heç bir halda onlar göyərçinləri yemləyə bilməzlər. Bu ilk baxışdan zərərsiz quşlar İtaliyanın baş bəlasına çevrilib. Şəhər bələdiyyəsi ev və abidələrin üzərlərini göyərçinlərin ifrazatından təmizləmək üçün xeyli pul xərcləyir. Bu qanuna uymayaraq göyərçinləri yemləyənləri 50-60 avro cərimə gözləsə də bəzi hallarda bu cərimələr 600 avroya qədər də ola bilir.

Turist ile ilgili görsel sonucu

Vağzallarda öpüşmək (Fransa, Böyük Britaniya)

Dünyanın ən romantik ölkəsində vağzallarda öpüşmək qadağandır. Bu qanun 1910-cu ildə qəbul olunub. Zaman və münasibətlərin dəyişməsinə baxmayaraq bu qanun hələ də qüvvədədir. Bu qanun ilk növbədə qatarların gecikməsini əngəlləmək üçün nəzərdə tutulmuşdu. Vağzallarda belə hadisələr bağışlanılmazdır və ən müsbət halda sevgililərdən vağzalı tərk edərək avtodayanacağa getmələri tələb olunur.

 

Tərliklə gəzmək olmaz, sellofandan istifadə etmək olmaz – olmazlar ölkəsi…

Burundidə səhərlər qaçmaq qadağası var. Bu, bir müharibəyə hazırlıq kimi qəbul edildyi üçün qaçdığınız təqdirdə barənizdə cinayət işi açılır. İtaliyanın Capri adasında isə tərlik qadağası var. Səbəb isə sahildə uzananları ayaq səsləri ilə ilə narahat etməkdir. Kolumbiyada isə UBER kimi taksi xidmətləri qadağandır. Ölkədə taksi ticarəti böyük bir əhəmiyyət kəsb edir və güclü tərəf taksiçilər olduğu üçün insanlara rahatlıq təmin edən bir çox tətbiq burada qadağandır. Kanadanın bəzi bölgələrində fit çalmaq qadağandır. Səbəbi isə bunun cadu rituallarında istifadə olunmasıdır. Keniyada  sellofanlardan istifadə qadağandır. Ətraf mühitin çirkləndirilməsinə səbəb olan bu paketlərdən istifadə etməyin ciddi cəzası var.

 

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir