qiris

Emosiyalarımız dərini necə qocaldır?

Baxış sayı: 1. 322

Məlumdur ki, insanın bütün daxili orqanları və fiziki bədəninin (pəncələri, göz, dil, qulaq çanağı, göz qişaları) hissələri bir-biri ilə sıx bağlıdır. Bədənin hər bir üzvi daxili orqanları haqqında bütün məlumatları özündə ehtiva edir. Sifət də istisna deyil.

Qırışlar dərinin vəziyyətindən asılı olmayaraq üzün müəyyən yerlərində meydana çıxır. Bu zəiflik və ya daxili orqan xəstəlikləri, həmçinin digər nasazlıqlara görə baş verir: Enerji, fikir və düşüncənin. Beləliklə, qırışların yaranmasının mental səbəbləri haqqında məlumatları təqdim edirik.

 

Bu şəkildə daha tez-tez rast gəlinən qırışlar təsvir edilib.

 

1. Düşüncə qırışları

İnsanın başı üzün alın hissəsində proqnozlaşdırılır. Beləliklə, bir nömrə ilə təsvir edilmiş qırış həddən artıq ehtiyatlılıq və əqli yük barədə, bəzi hallarda isə baş ağrıları, beyin qan dövranının pozulması və s. haqqında xəbər verə bilər. Əgər alnınızda dərin qırışlar iz qoyubsa, onda sizə sadəcə Pifaqorun bu sözləri təsəlli verə bilər: “Alnında qırışı olmayan adamlardan heç vaxt məsləhət istəmə, onlar heç vaxt fikirləşmir”.

 

2. Müdriklik qırışları

Qaşlar üzərində ikinci xətt müdriklik qabiliyyətini, həyatın gözlənilməz sürprizlərini ləyaqətlə qarşılamaq, xoşagəlməz hadisələrdə müsbət tərəfləri tapmaq bacarığını ifadə edir. Əgər xətlər bir az əyilibsə, yorğundursa, həm də bir az ağrıyırsa, onda ehtimal etmək olar ki, bu, çətinliklərə qalib gəlmək bilməməyi, kədəri, həyəcanı, ümidsizliyi, acizliyi və bacarıqsızlığı bildirir.

 

3. Təəccüb qırışları

Bu qırışlar dirsək vəziyyəti ilə bağlıdır. Təəccüb qırışları fəaliyyət sahələrinin istiqamətlərinin dəyişdirilməsi, yeni həyata və peşə təcrübəsinə başlamağa hazır olduğunuzu bildirir. Təəccüb qırışlarının qarşısını almaq üçün sizinlə bağlı baş verənləri adekvat qəbul etmək və hər məsələyə heyrətlənməmək lazımdır.

 

4. İnadkarlıq qırışları

Üzün bu qırışları boyun vəziyyəti ilə bağlıdır. Onlar mental səviyyədə inadkarlıqdan danışır. Belə qırışları olan şəxslər məsələnin müxtəlif tərəflər istiqamətdə müzakirə olunmasını istəmir, tez-tez həlledilməz problemlərlə üzləşir, fiziki səviyyədə isə boğaz nahiyəsindən ağrıları olur.

 

5. Tənhalıq qırışları

Tənhalıq qırışları qalxanabənzər vəzinin xəstəlikləri və belin yuxarı hissəsində olan ağrılar barədə məlumat verir. Həyatın sanki sizə hücum etməsi düşüncəsi, mənəvi dəstəyin olmaması, tənhalıq və lüzumsuzluq hissi qırışların yaranmasına gətirib çıxarıb.

 

6. Dürüstlük qırışları

Göz ətarafında qazayağı şəklindəki qırışlar əl barmaqlarını və xırdaçı olduğunuzu simvolizə edir. Belə qırışların sahibləri detallara qarşı və təfərrüatlara həddindən artıq diqqətlidir, həyatında xırdalıqlara çox böyük diqqət yetirir. “Qaz ayaqları” keylik, xüsusilə də barmaq ağrılarına da işarə edir.

 

7. Dəyişiklik qoruxusu

Şəkildə nömrələnmiş 7-ci qırış mədə-bağırsaq traktının xroniki xəstəlikləri haqqında xəbər verir. Eyni zamanda yenilik və zamanla ayaqlaşa bilməmək qorxusunu ifadə edir.

 

8. Həyat qüvvəsinin qırışları

Bu, qırışdan daha çox üst dodaqdağın yuxarı hissəsindəki dərinin çuxurunu bildirir. Fizioqnomikada ona böyük diqqət yetirilir. Onda demək olar ki, bütün həzm orqanları, eləcə də bədən üçün əsas “mexanizm” sayılan yanlar və budların vəziyyəti əks olunur.

Başqa sözlə desək, yalnız ayaqları üzərində möhkəm dayanan və həzm sistemi yaxşı işləyən insan irəliyə doğru hərəkət etmək gücünə malik olacaq. Yaxşı formalaşdırılmış (yəni dəqiq ifadə olunmuş ) çuxur yüksək həyat tonusu, güc və enerjisinin sürətli bərpası qabiliyyətini göstərir. Dərin və uzun çuxur uzun ömürə işarə edir.

 

9. Utancaqlıq qırışları

Şəkildə işarələnmiş 9-cu qırış mədə və onikibarmaq bağırsağın xəstəlikləri barədə məlumat verir. Əgər bütün ağzın ətrafında dərin xətlər yerləşirsə, onda bu, zəiflik, ayaq ağrıları və bağırsaq funkisyasının pozulmasını da bildirir. Belə qırışlar daha çox özlərinə inanmayan, qorxaq, müdafiə və himayə olunmağa kəskin ehtiyac duyan insanlarda rast gəlinir.

 

10. Bədbinlik qırışları

Üzün bu hissəsində qırış böyrəklərin vəziyyəti ilə bağlıdır. Qırışların düşməsinin səbəsi mental səviyyədə belə izah olunur: məyusluq, uğursuzluq, özünə biganə münasibət, həyəcanı və tez təslim olmaq. Həmçinin mədə, onikibarmaq bağırsağı, öd kisəsi xəstəlikləri, həm də bədənin həddən artıq yüklənməsinin göstərişləri ola bilər.

 

11. Məyusluq qırışları

Bu qırışlar bir çox mühüm daxili orqanlar ilə bağlıdır. 11 rəqəmi ilə göstərilən qırışların yaranması bağırsaq, qaraciyər, öd kisəsi, qan dövranı pozulması, böyrək və hətta ürək xəstəliklərindən xəbər verir. Bu qırışlar mental səviyyədə məyusluq, həyat eşqi və sevinc duyğusunun olmadığını göstərir. Fizioqnostiklərin fikrincə, ürək – sevgi, müdafiə və təhlükəsizlik mərkəzidir, qan isə – sevinc və bədəndə sərbəst dolaşan enerji ifadəsidir.

 

12. Özünə inamsızlıq qırışları

Özünə inamsızlıq bədənin ən arzulmadığı duyğudur. Bu duyğu ilk növbədə mədəyə mənfi təsir göstərir. Bu da qırışların yaranması ilə nəticələnir.

 

13. Laqeydlik qırışları

Depressiya, həyatdan yorğunluq, daimi şikayətlər, çılğınlıq, qəzəb, emosiyalarına və özünə hakim ola bilməmək, yeniliyi qəbul edə bilməmək qorxusu qaraciyər, dalaq, diz oynaqlarının fəaliyytinə mənfi təsir göstərir. Dolaysı ilə üzün sağ yanğına qırış düşməsinə gətirib çıxarır.

 

14. Qorxu qırışları

Çənə nahiyəsindəki qırış qəzəb və gələcək qorxusunu ifadə edir. Bu qırış babasil, sidik kisəsi və bağırsaq xəstəliyinə işarədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir