batil inanc

Batil inanclara inanmalıyıqmı?

Baxış sayı: 1. 355

Dünyanın bir sıra ölkələrində olduğu kimi Azərbaycanda da müxtəlif inanclar var. Sağ əl qaşınanda pul gələcək. Ayağın altı qaşınırsa yol gədiləcək. Ayna qırılması uğursuzluq, üzərlik nəzərdən qoruyar, at nalı bərəkət gətirər kimi təbiət qanunlarına zidd olan bir çox belə inanclar var.

 

Bəs batil inanclara inanmalıyıqmı?

Məsələyə münasibət bildirən sosioloq Əhməd Mansurov deyir ki, özünə inam aşağı düşdükcə onlar təsadüflərə, talismanlara, mövhumata, falçılığa inanmağa başlayırlar.  Bunlara inam onların həyatlarını da rahatlaşdırır. Bu zaman öz məsuliyyətlərini də bir qədər azalda bilirlər.

Sosioloq həmçinin bildirir ki, insan real həyatda özünü daha çox təsdiqlədikcə qeyri-real şeylərə, talesmanlara inamı qalmayacaq.

Batil inanclar lazımından artıq həddə olarsa, psixologiyada bu hədd patoloji hal kimi qəbul edilir. Belə olan halda psixoprofiloktik tədbirlərin görülməsi isəvacib olur.

Mövzu ilə bağlı fikirlərini bölüşən psixoloq Elnur Rüstəmov aşağıdakıları dedi: “İnsan özünə inanmalıdır. Özünə inansa, güvənsə bu cür batil inanclara inama da ehtiyac qalmayacaq”.

Elnur Rustemov

Əgər israrla nəyəsə inanmaq istəyirsinizsə, ən başda özünüzə inanın. Çünki özgüvən insanı uğura aparan ən yaxşı duyğudur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir