Məşhurların həyatı, yaşam tərzləri hər zaman adi insanlara maraqlı olub. Maraq dairəsində isə əsasəm onların şəxsi həyatları durub. Zaman-zaman evlənmələri, boşanmaları haqqında gəzən söz-söhbətləri isə onları gündəmin ən zirvəsinə qaldırıb. Doğrulardan əlavə dedi-qodulara da yol açıb.
Beləliklə, Azərbaycan şou biznesindən gəlib keçmiş, ən çox ailə quran məşhurlarımızın siyahısını təqdim edirik.
Siyahımıza məşhur aktrisamız Leyla Şixlinskayadan başlayaq. Düz 4 dəfə evlənən xanım aktrisa müsahibələrinin birində qismət olsa 5-ci dəfə də evlənməyə hazır olduğunu bildirib. Lakin Şixlinskaya həyatında bir dəfə aşiq olub. Məşhur baletmeysterlə eşq yaşayan aktrisa nakam məhəbbət yaşayaraq, ondan ayrılmaq məcburiyyətində qalıb.
İkinci yerdə sevimli müğənnimiz, xalq artisti Flora Kərimovadır. Xanım müğənni 3 dəfə ailə həyatı qurub. Sonuncu evliliyindən Zümrüd adlı qızı var. 3 dəfə ailə həyatı yaşamasına baxmayaraq, hazırda Flora xanım tək yaşayır.
Mərhum xalq artisti Hacıbaba Bağırov da bir neçə dəfə evlənən məşhurlarımızdandır. Aktyor 5 dəfə rəsmi nikahda olub və bu evliliklərdən 3 övladı var. İlk dəfə aktyor hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub.
2-ci evliliyi Leyla adlı qadınla baş tutub və Lalə adlı bir qızı dünyaya gəlib, 3 cü dəfə həkim xanımla, 4 cü dəfə isə Tamara adlı xanımla evliliyi olub. Xalq artisti sonuncu dəfə özündən 37 yaş kiçik olan Arzu xanımla ailə qurub. Bu evlilikdən Şölə adlı qızı var.
Xalq artisti Niyaməddin Musayevin də bir neçə dəfə ailə quran sənətçilərdəndir. Deyilənə görə, müğənni ilk evləndiyi xanımı hətta analıq hüququndan da məhrum edib.
“Şeron” qrupunun üzvü Rüstəm Zeynallı da üç dəfə ailə həyatı quran məşhurlardandır. Müğənninin ilk evliliyindən iki övladı dünyaya gəlib. Rüstəm ikinci dəfə xalq artisti Aftandil İsrafilovun qızı Həcər xanımla evlənib. Lakin bu evliliyi də uğursuz olub və onlar ayrılıblar. Bundan sonra Zeynallı 3 dəfə ailə həyatı qurub.
Müğənni Reyhan Müslümova da bir neçə dəfə ailə həyatı quran xanım sənətçilərimizdəndir. Xatırladaq ki, xanım Müslümova 2002-ci ildə plastik əməliyyat nəticəsində vəfat edib. O, müğənnilikdən başqa “Dəli Kür” filmində aktrisa kimi də özünü sınayıb. Onun Emin adlı oğlu var.
Öz hind rəqsləri ilə məşhurlaşan Oksana Rəsulovanın da ailə həyatı müzakirə olunanlar sırasındadır. Beləki xanım rəqqasə də 3 dəfə ailə həyatı qurub. Sonuncu dəfə o, repçi Elşad Xose ilə qalmaqallı şəkildə boşanmışdı. Bu evlilikdən rəqqasənin övladı olmayıb. Hazırda Oksananın bir oğlu var.
Öz incəliyi ilə daima diqqət mərkəzində olan Nura Suri də bir neçə dəfə ailə həyatı quran məşhurlarımızdandır. Xanım müğənni 3 dəfə rəsmi nigaha girib. Hazırda Nura Suri 3 oğul anasıdır.