MULTIVITAMIN

Multivitamin qəbulu depressiyanın qarşısını alırmı? – ARAŞDIRMA

Baxış sayı: 1. 435

Elm adamlarının İngiltərə, Hollandiya, Almaniya və İspaniyada apardıqları araşdırmaların nəticələrinə görə, bir il boyunca hər gün multivitamin qəbul edənlərin depressiyaya düşmə ehtimalı həmin dərmanlardan istifadə etməyənlərlə eynidir.

Bununla bağlı tədqiqat aparılıb. Tədqiqat aparılması üçün mindən çox insan müxtəlif kateqoriyalar üzrə dörd qrupa ayrılıb.

Tədqiqat iştirakçılarının hamısının artıqçəkili olduğu və ya piylənmədən əziyyət çəkdiyi, depressiyaya düşmə ehtimalının yüksək qiymətləndirildiyi bildirilib.

Bir il ərzində iştirakçılardan 105-nin depressiyaya düşdüyü, bu rəqəmin dörd qrupda da təxminən eyni olduğu, onların yemək vərdişlərinin dəyişdirilməsi üçün davranış terapiyasının işə yaramadığı qeydə alınıb (Azərtac).

Alimlər iştirakçıların qəbul etdikləri multivitaminlərin tərkibində fol turşusu, D vitamini, omeqa-3, sink və seleniumun olduğunu deyiblər.

Tədqiqatın nəticələri “JAMA” dərgisində yayımlanıb.

Qeyd edək ki, daha əvvəl aparılan bir araşdırmanın nəticəsində orqanizmdə bəzi qidalandırıcı maddələrin çatışmaması depressiya ehtimalını yüksəltdiyi qənaətinə gəlinmişdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir