usaq-resm

Uşaqlarınızın rəsmlərinə niyə müdaxilə etməməlisiniz?

Baxış sayı: 1. 261

Rəsm uşaq üçün özünüifadə vasitəsidir. İstifadə etdiyi rənglər, çəkdiyi fiqurlar və s. uşağın dünyasını ifadə edir. Rəsm həmçinin, uşağın intellektual səviyyəsindən və daxili dünyasından xəbər verir. Bundan başqa, uşağın çəkdiyi şəkillərə baxaraq, özünü və ətrafını necə dərk etdiyini də müəyyən etmək olar.


Uşaq üçün yaxşı və ya pis rəsm yoxdur. Buna baxmayaraq, valideynlər uşaqlarından daha çox reallığa uyğun rəsmlər gözləyirlər. Halbuki, uşağın rəsmlərinə müdaxilə etmək onun daxili dünyasına müdaxilə etmək deməkdir. 

Image result for rəsm çəkən uşaqlar
Uşaqlarınızın rəsmlərini nəzərdən keçirərkən, şərhlərdən mümkün qədər uzaq olmağa çalışın. Məsələn, “Heç çəhrayı rəngdə günəş olar, günəş sarı rəngdə olmalıdır”, “Bax, pişiyinin quyruğunu çəkməyi unutmusan” və s. kimi şərhlər uşağı necə deyərlər, qəlibə salmaq deməkdir. Unutmayın ki, başqa rəngdə boyanan hər bir fiqur və ya unudulan hər bir cizgi uşağınız üçün xüsusi bir məna daşıya bilər. Odur ki, uşağınızı istiqamətləndirmək əvəzinə nəyi, necə və nə üçün çəkdiyini başa düşməyə çalışın. Əgər bu rəsmlərdə hər hansı bir problemin ifadə olunduğunu düşünürsünüzsə, bir mütəxəssisdən kömək istəyə bilərsiniz. 

 

Elşən Azadlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir