“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə İsveç küftəsinin hazırlanma qaydasından bəhs edəcəyik.
İsveç küftəsi zəngin və kremli sousla ləzzətlənir. Sabah günorta yeməyi üçün hazırlamağınız məsləhətdir.
Tərkibi
Küftə üçün
450 qr qiyma (mal əti)
1 ədəd soğan
2 xörək qaşığı duru yağ
1 yumurta
yarım stəkan (100 qr) çörək tozu
duz 1 çay qaşığı
1 çay qaşığı qara istiot
Sousu üçün
60 qr kərə yağı
1/3 un
3 stəkan ət suyu
1 stəkan yarım qaymaq
1 xörək qaşığı xardal
duz
istiot
Qiyməni hazır hala gətirib balaca-balaca küftələr düzəldirik.Qeyd edək ki, 20-30 dəqiqə buzluqda qalması məqsədəuyğundur.
Yağda hər tərəfini qızardırıq. Təxminən 5-6 dəqiqə sürməlidir bu proses.
Kərə yağı və unu yaxşıca qovururuq, daha sonra isə üzərinə qaymaq əlavə edib qarışdırırıq.
Xardal və xırda doğranmış soğanı da sousa əlavə edirik. Sousumuz hazırdır. Küftələri isə hazırladığımız sousun içinə qoyuruq. 5-10 dəqiqə birlikdə bişirilir. Yeməyimiz hazırdır.
Aydan Kərimli