POMIDOR YUMURTA

Pomidor yumurtanı belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 098

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə pomidor yumurtanın hazırlanma qaydasını təqdim edirik.

 

Ərzaqlar

5 orta ölçülü pomidor, iri-iri doğranmış (qabığını soymağa gərək yoxdur)

3 xörək qaşığı kərə yağı

3 yumurta

Duz

İstiot

 

Necə hazırlanır?

  1. Tavada kərə yağını əridib üzərinə pomidorlarınızı qoyun. Pomidorlar yumşalana və suyunu buraxana qədər bişirin.
  2. Bu vaxt artıq iri pomidor parçaları kiçilmiş olmalıdır. Bişirən zaman vaxtaşırı taxta qaşıqla qarışdırmaq lazımdır ki, pomidorun şirəsi tavaya yapışıb yanmasın.
  3. Yumurtaları dərin bir qaba qırıb çəngəlllə yavaşca qarışdırıb pomidorun üzərinə tökün. Üzərinə zövqə görə duz və istiot əlavə edin.
  4. İstəsəniz yeməyin üzərində kiçik deşiklər də aça bilərsiniz. Yumurta bu deşiklərə axıb bişəcək. Ancaq yeməyi qarışdırmaq lazım deyil.
  5. İsti-isti elə bişdiyi tavadaca və ya qaba boşaldıb süfrəyə verin.

 

Məsudə Sultan

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir