1414481638

Tənbəl xanımlar üçün ən bəsit və sürətli arıqlama metodları

Baxış sayı: 91. 029

İşdə, idman salonuna getmədən və ciddi pəhriz saxlamadan arıqlamağın 10 ağıllı və əlverişli yollarını təqdim edirik:

1. Yeməklərdən əvvəl hər zaman bir stəkan su için. Bu, orqanizmin susuz qalmasını qarşısını aldığı kimi tox qalmağınıza və bunun sayəsində həddindən artıq yeməkdən çəkinməyinizi təmin edir.

2. Hər yemək vaxtı sadə yer dəyişiklikləri edin. Necə? Hazır ağır salat sosları istifadə etmək əvəzinə salatı sirkəli  sousla hazırlayın. Bu, sizin hər günorta yeməyində 80 kalori artıq almağınıza mane olur. Eyni şəkildə, qurudulmuş meyvələrdən daha çox təzə meyvə yemək də daha az kalori almağınızı təmin edir.

3.Şirniyyat əvəzi bir parça qara və tünd şokolad yeyin. Kökələr və kremli tortlardansa, şirin ehtiyacınızı piletka şokolad ilə aradan qaldırmağa çalışın. Beləliklə də daha çox kalori almadan sağlam həyat tərzi yaşamış olarsınız.

478200331

4. Payınızı və porsiyaları nəzarət altında saxlayın. Arıqlamaq istəyirsinizsə, hər porsiyada istehlak etdiyiniz yeməyin miqdarı əhəmiyyətlidir. Kiçik boşqabda yemək yeməyə üstünlük verin. Beləcə, az yeməklə qabın dolduğunu görüb qane olma hissini yaşayacaqsınız.

 

5.Daha çox hərəkət edin. Vaxtınızı idman zalına getməyə ayırmırsınızsa, gün ərzində daha hərəkətli olmaq üçün səy etməyiniz lazımdır. İşə piyada getmək, gedəcəyiniz yerə avtobusdan daha tez enib, ya da avtomobili uzağa park edib yerimək, lift yerinə pilləkənlərə qalxmaq kalori yandırmağın ən sadə yollarıdır.

6.Kalori içməyin. İçdiklərinizlə aldığınız artıq kalorini hiss etməsəniz belə, diqqətli olun. Sonra “Mən niyə kökəlirəm” deyə soruşur, səbəbini tapa bilmirsiniz. Kola, meyvə suyu, şərab kimi içkilərlə artıqdan kalori almağa son verin. Bunların yerinə bol-bol su için. Suya ləzzət qatmaq üçün də içinə xiyar, limon və ya nanə atın.

468014437

7.Uzun müddət ac qalmayın. Bir az aclıq hiss etməyin zərəri yoxdur, amma bütün gün özünüzü ac qoyub gecə mədəni ağır xörəklərlə yükləmək sağlam və məntiqli hərəkət deyil. Bu, əksinə artıq çəkidən qurtulmağınıza mane olur. Həddindən artıq yemə ehtiyacı hiss etməyin, qan şəkərinin aşağı düşməsinə imkan verməyin, yemək vaxtını heç bir halda qaçırtmayın.

8. Atışdırmaq üçün yüksək zülal və bol lif tərkibli qidalara üstünlük verin. Yüksək kalori ehtiva edən çips, biskvitlər yerinə zülal və lif baxımından zəngin olan və bu sayədə sizi tox tutan qidalara yönəlin. Qatıq, yağsız partlamış qarğıdalı, kətan toxumu, tam taxıllı çörək kimi variantları sınayın.

9. Erkən saatda və yüngül şam yeməyi yeyin. Axşam yeməyi, gündəlik alacağınız ümumi kalorinin 25 faizini təşkil etməlidir. Günün son yemək vaxtını yatmazdan ən azı iki, ya da üç saat əvvəl bitirmiş olmalısınız. Gec saatlarda çox yemək, həzm və yuxu problemlərinə yol açır.

10. Daha çox yatın. Az yatmaq, gün boyu daha çox yeməyə səbəb olur və enerjinizin azalmasına yol açır. Hər gecə yeddi-doqquz saat yatmağa çalışın. Yatarkən kalori yandırdığınızı bilirdinizmi? Yuxu zamanı böyümə hormonu ifraz olunur və bu hormon metabolizmi işlədir. Gec saatda yemək yeməyərək, ac qarnına yatmaq bu hormonun daha çox ifraz olunmasına və metabolizmin daha sürətli işləməsinə səbəb olur. /Tabloid.az/




24 şərh “Tənbəl xanımlar üçün ən bəsit və sürətli arıqlama metodları

  1. Diana

    Salam . Mənim 17 yaşım var. Yaşıma görə mən kökəm və sizin yazdığınız bu retsepfən istifadə etmək istəyirəm. Mənə uyğun görərdinizmi?

    Cavabla
  2. səbinə

    Salam mənim18yaşım var.Mən 53kiloyam.Amma əvvəlki kimi 48ya da 49kilo olmaq istəyirəm bu dieti etsəm arıqlayaram?

    Cavabla
  3. Nurlana

    Salam mənim 32 yaşım var boyumda 61. Çəkim isə 80kq mənə uyğun diyet resepti göndərin

    Cavabla
  4. Aysel

    Salam menim 19yasim var men 60kiloyam ve 50kilo olmaq isdirem bu dieti edersem ariqlaya bileremmmi?

    Cavabla
  5. Aysun)))

    Salam menim 15 yaşım var.40 kiloyam .Arıqlamaq isdirem sizce kömey olar heqiqetendee bu menee???

    Cavabla
  6. Aysel

    Salam mənim 28 yaşım var. İki evladım var. Ama hər zaman arıq olmuşam. 1.50 boyum var ama 69 kiloyam. Bu 28 illik həyatımda ilk dəfədir bu qədər artıb. Şirniyyat və mürəbbələr yeyirdim. Saxlamışam indi. Ama arıqlamam yavaş gedir. Mənə nə məsləhət görərsiniz? Öncədən təşəkkür edirəm

    Cavabla
  7. Xeyale

    Salam mende diet resepdi gonderin boyum 1.70 cekim 77 yasin 37 cox xais edirem coxdu menimcun bu ceki

    Cavabla
    1. Gənc Ailə Post author

      Sizinlə əlaqə yaratmaq üçün əlaqə vasitəsi versəydiniz, sizinlə kontakt qurmaq və probleminizin həlli üçün kömək göstərmək daha asan olardı.

      Cavabla
    1. Gənc Ailə Post author

      Hörmətli oxucu, bizə sizinlə əlaqə qurmaq üçün hər hansı əlaqə vasitəsi versəniz, sizi uyğun istiqamətə yönləndirə bilərik.

      Cavabla
    1. Gənc Ailə Post author

      Hafizə xanım, heç bir əlaqə vasitəsi qoymadığınız üçün sizinlə əlaqə yaratmaq, sizi dietoloqa yönəltmək cəhdimiz nəticə vermir. Əlaqə vasitəsi qeyd etsəniz kömək edərik.

      Cavabla
  8. Türkan

    Salam mənim 26 yaşım var .boyum 1.58 di .çəkim 64 du özümdə iki uşaq anasıyam
    .arıqlamaq isdiyrəm nə etməliyəm köməklik edin zəhmət olmasa

    Cavabla
    1. Gənc Ailə Post author

      Türkan xanım, heç bir əlaqə vasitəsi qoymadığınız üçün sizinlə əlaqə yaratmaq, sizi dietoloqa yönəltmək cəhdimiz nəticə vermir. Əlaqə vasitəsi qeyd etsəniz kömək edərik.

      Cavabla
  9. Nazile

    Salam menim 29 yawim var bedenim qollarim ayaqlarim normaldi qarnim var..qarnimi nece eride bilerem??

    Cavabla
    1. Gənc Ailə Post author

      Hörmətli oxucumuz, heç bir əlaqə vasitəsi göstərmədiyiniz üçün sizi istiqamətləndirməkdə çətinlik çəkirik.

      Cavabla
  10. Revane

    Salam mənim 18 yaşım var 66 kiloyam☹
    Arığlamağ isdiyirəm əsasəndə qarnımı Necə əridim təbii yolaa??

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir