las-veqas

Əməkdaşlarımız dünya gəzir: Las-Veqas – FotoTURist

Baxış sayı: 4. 322

Las Veqas şəhəri ilk vaxtlar kiçik qəsəbə böyüklüyündə idi. Şəhərdən dəmiryolu xətti keçirdi və bir çox vaxtlarda qatarlar, burada dayanırdılar. Qatarların burada tez-tez dayanması səbəbindən Las Veqas ətraf ərazilərdə olan cinayətkar birliklərin daim maraq dairəsində olurdu. XX əsrin əvvələrinə qədər, Veqas əhalisi az, təsərrüfatı isə zəif inkişaf etmiş kiçik şəhərcik idi. Las-Veqasın sürətlə inkişaf etməsi XX əsrin 30-cu illərindən başlayır. 1931-ci ildə ABŞ dövləti qumarxanaların fəaliyyətini qanuniləşdirmək barədə qərar qəbul etdi. Bu qərardan sonra, dövrünün tanınmış mafia rəhbəri Baqzi Sieql Las-Veqası mega qumarxana mərkəzinə cevirməyə başladı. Məqsəd ABŞ-da qumar oyunlarını tək bir məkanda birləşdirmək və buradan rahat şəkildə idarə etmək idi. 1940-cı ildən etibarən Las-Veqasın əhalisi sürətlə artmağa başladı. Şəhər əhalisinin artması, şəhərdə yeni kazino və əyləncə mərkəzlərinin açılmasına təkan verirdi. Las-Veqas şəhərinin yerləşdiyi Nevada ştatı 1931-ci ildə kazino tikintisinə və istismarına icazə alan ilk ştat idi. Hər il Las Veqası orta hesabla 37.500.000 insan ziyarət edir. Şübhəsiz, Las-Veqas haqda danışmağımız səbəbsiz deyil,çünki “Gencaile.az” saytının “FotoTURist” rubrikasında bu dəfə oxucularımızı Las-Veqasa virtual səyahətə dəvət edirik.

Fotolar Ezam Ataşovundur.

las veqas 13

las veqas 15

las veqas 12

las veqas 11

las veqas 10

las veqas 9

las veqas 7

las veqas 6

las veqas 5

las veqas 4

las veqas 2

las veqas 1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir