toyuq sousu

“İftar menyusu” – 7-ci gün

Baxış sayı: 908

“Gencaile.az” saytının “İftar menyusu” rubrikasında bu dəfə sizi  bol tərəvəzli toyuq sousunun necə hazırlanması ilə tanış edəcəyik. Əgər gün ərzində boş qalan mədənizi iftarda sulu yeməklə “sevindirmək” istəyirsinizsə, bu yazı məhz sizin üçündür.

 

Tərkibi

Toyuq -1 ədəd
Soğan -3 dənə
Bolqar bibəri 3 dənə
Pomidor -3 dənə orta
Duz
İstiot
Sarıkök
Kərə yağı

 

Hazırlanması

Toyuğu doğrayıb duzlu suda saxlayırıq. Onda ət daha dadlı olur – 1 saat. Əti süzgəcdə saxlayın, xırda doğranmış soğanı kərə yağda qızardın. Sonra bura xırda doğranmış bolqar bibəri əlavə edin. Bir az qızardıqdan sonra təmizlənmiş və doğranmış pomidor əlavə edin. Yağa düşəndə əti qazanın dibinə düzün və qazı azaldın. Sonra çoxaldın ət özünü tutsun. Daha sonra zövqə görə duz ,istiot və sarıkök vurub, qarışdırın. Qazanın qapağını bağlayın və – 40 dəqiqə orta odda bişirin.

İstəsəniz sonda kartof da əlavə edə bilərsiniz. Sousu çox yağa düşmədən götürün. Bu sousu qeüçka, makaron, düyü ilə birlikdə də servis edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir