Koronavirusdan qorunmaq üçün maska istifadəsi, gigiyena qaydalarına və sosial məsafəyə diqqət yetirmək tövsiyə olunur. Bəs ağız gigiyenası haqqında nə demək olar?
İngiltərədə aparılan araşdırmada ağız yaxalayıcısının insanları koronavirusdan qoruya biləcəyi qənaətinə gəlinib. Araşdırma Kardiff Universiteti tərəfindən aparılıb.
Koronavirus bəzi kimyəvi maddələrə həssas olan təbəqə ilə örtülüb. Ağızın yuyulması ilə bu xarici təbəqə məhv olur. Bundan sonra virusun hüceyrələrə daxil olması və təsir göstərməsi mümkünsüz olur.
Professor Levent Yamanel bildirib ki, bakteriya və virusların bədənə daxil olması üçün ağız və burnumuz qapı rolunu oynayır. O, İngiltərənin araşdırmasını məntiqli hipotez adlandırıb:
“Əl gigiyenasında alkoqol əsaslı dezinfeksiyaedici maddələri sabunla qarışdıraraq yağ qatını pozub virusun qarşısını almağa çalışırıq. Buna görə ağız gigiyenasında yaxalayıcının istifadəsi məqsədəuyğundur. Xüsusilə xlorid hidrogen yodu olan məhlullar olmadıqda şoran maddə və ya sirkə ilə yumaq məntiqlidir “, – deyə Yamanel qeyd edib.
Alimlər son nəticə üçün klinik sınaqlara başlamağı tövsiyə edirlər. Ancaq həkimlər əl gigiyenası ilə yanaşı ağız gigiyenasına da diqqət yetirməyi məsləhət görürlər. Bunun üçün səhər və axşam dişləri fırçaladıqdan sonra ağızı gigiyenik maddə ilə yaxalamaq kifayətdir.