Karantində olduğumuz müddətcə zehnimizi mətbəxdən uzaqlaşdırmaq olduqca çətindir. Mütəmadi qəlyanaltıların artıq çəki ilə bizə qayıdacağı dəqiqdir. Üstəlik diqqət edilmədiyi təqdirdə bu vəziyyət müxtəlif xəstəliklərə səbəb ola bilər.
Beləliklə, karantin günlərində ideal formada qalmağın yollarını təqdim edirik:
Qəlyanaltılarda sağlam qidalanın
Əsas yeməkdən hələ 1 saat keçməsə də, “nəsə yeməliyəm” sözünü iç səsinizlə təkrarlayırsınızsa, etməli olduğunuz sadə üsul var. Bir ovuc fındıq, meyvə və ya qatıq istehlak edərək bu ani istəyi söndürə bilərsiniz.
Yeməkləri vaxt doldurma vasitəsi kimi düşünməyin
Evdə vaxt keçirmək üçün kilidləndiyiniz nöqtədə yeməyi dərhal qucaqlamamağa çalışın. Belə hallarda kitab oxuya və ya hər hansı filmə baxa bilərsiniz. Fikrinizi mümkün qədər yeməkdən uzaqlaşdırın.
Özünüzə sual verin
Niyə yemək istədiyinizi düşünün. Canınız sıxılır, yoxsa həqiqətən acsınız? Əsas yeməyi və qəlyanaltılarınızı nəzərdən keçirin. Qəlyanaltılar çoxdursa, mətbəxdən uzaq durmağa çalışın.
Yediklərinizi qeyd etdiyiniz gündəlik tutun
Gün ərzində yediyiniz hər şeyi yazın. İçdiyiniz hər şeyi bu siyahıya əlavə edin. Günün sonunda kağıza baxaraq, müsbət və mənfiləri müəyyənləşdirin.
Fəstfuddan uzaq durun
Fəstfudlar həddindən artıq yağlı və zərərlidir. Çox istədiyiniz təqdirdə az miqdarda istehlak edin. Ancaq özünüzü saxlaya bilməyəcəyinizi düşünürsünüzsə, tamamilə uzaq durun.
İdmanla məşğul olun
Evdə idman etmək üçün bir çox yol var. Əvvəlcə özünüzü motivasiya edin. Ev paltarlarını çıxarıb, idman forması geyinin. Evin ən sevdiyiniz küncünə gedin və idmanla məşğul olun. Belə halda zərərli qidalardan uzaqlaşmaq daha asan olacaq.