Lobyali kroket

Lobyalı kroketi belə hazırlayın – “YEMƏYƏ NƏ VAR”

Baxış sayı: 929

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə lobyalı kroket yeməyinin hazırlanmasından bəhs edəcəyik.

 

İnqrediyentlər

1 st. quru lobya

2 x.q. yağ

1 ədəd soğan

1 ədəd yumurta

4 x.q. un

2 x.q. sürtgəcdən keçirilmiş holland pendiri

zövqə görə duz, istiot

QIZARTMAQ ÜÇÜN:

2 ədəd yumurta

1 kiçik ölçülü kasa un

1 kiçik ölçülü kasa qarğıdalı unu

 

Hazırlanma mərhələsi

Quru lobya bir gecə suda saxlanılır. Səhəri gün bişirilir. Yumşaq olanda suyu süzülür, püre halına gəlincəyə qədər blendordan keçirilir.

Yağ bir kiçik tavada əridilir. Sonra lobyanın üzərinə əlavə olunur. Yumurta, un, holland pendiri, duz, istiot da bura əlavə olunub, yoğrulur.

Əllər azca unlanır və içlikdən qoz boyda hissələr ayrılır. Yastı kotlet forması verilir.

Qızartmaq üçün yumurta bir kasa çalınır. Kotletlər əvvəlcə una, sonra yumurtaya, sonda isə qarğıdalı ununa bulaşdırılır. Qaynar yağda qızardılır.

Lobya kroketləri ketçap və ya xardal ilə servis edilir.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir