ilahe

Stresli həyatın psixoloji dözümlülük şərti

Baxış sayı: 1. 189

Yaşadığı müddət ərzində bir insanın bütün davranışlarının təməlində  düşüncə, duyğu və davranış üçbucağının olduğunu görə bilərik.  Başqa şəkildə deyəcək olsaq, düşündüklərimizi hiss edir, hiss etdiklərimiz də davranışlarımızda özünü göstərir. Düşüncələrimizdə etdiyimiz hər hansı bir dəyişiklik avtomatik olaraq hislərimizin və davranışlarımızın orientasiyasını dəyişə bilir.

Stresin təhlükəli olduğu düşüncəsinin əksinə, faydalı olması insanın düşüncə tərzinə görə dəyişə bilər. Belə ki, stresə adekvat  düşüncə tərzi ilə yanaşmaq insanın stresin öhdəsindən gələ bilmək üçün  davranış tərzini də bərabərində dəyişdirir. Adekvat düşüncə tərzi demək, stresi təhdit edici bir proses olaraq görmək əvəzinə  mübarizə aparmaq məqsədi kimi dərk etməkdir. Belə insanlara resilient insanlar deyilir. Resilient insan  stresli, travmatik hallara məruz qaldıqda qaçmaq ve sorğulamaq əvəzinə düşdüyü situasiyaya uyğun olaraq yeni bir çıxış yolu axtarıb tapa biləndir.

Resilient insan olmaq demək, yeni psixoloji dözümlülüyü  olan insan demekdir. Resilient bir insan stresi bir təhlükə olaraq qavrayan yox mübarizə aparilacaq bir səbəb olaraq görəndir.

Hər stres faktorunun  eyni non-spesifik təsiri olduğu halda , iki ayrı insanda fərqli şəkildə davranış reaksiyaları ilə özünü göstərməsi müxtəlif səbəblərlə açıqlana bilər. Məsələn, qorxu hissinin bir insanda cəsarətli davranışa , digərində rigidliye səbəb olmasi. Bu səbəblərə:

Internal(genetik, yaş, cinsiyyət)

Eksternal(diyet, iqlim)

Psixoloji (motivasiya, təcrübə) aiddir.

 

Yüksək stresə məruz qalıb, ancaq bunun insanın sağlamlığına təsiri olmadığını düşünənlər  az stres yaşayanlara görə daha uzun yaşamaq ehtimalları  vardır.

Resilient olmağın əsasında psixososial faktorlar- koqnitiv elastiklik, sosial dəstək və sosial əlaqələr dayanır. Belə ki, koqnitiv elastiklik dedikdə,  insanın irrasional düşüncələrinin hər zaman məntiqi əsaslarla açıqlana bilən rasional düşüncələrlə əvəzlənə bilməsidir. Yeniliklərə,  yeni fikirlərə açıq olmaq deməkdir. Başqa sözlə, ifadə etsək, mütləq doğru  və ya mütləq yanlış yoxdur.

Sosial dəstək dedikdə isə bu insan həyatında  çox böyük rol oynayır.  Uşaqlıqdan etibaren valideynləri tərəfindən daim dəstək görən, dəyər verilən insanın koqnitiv funksiyaları müsbət yöndən inkişaf edir. Doğru qurulan sosial əlaqələr də insan psixologiyasının pozitiv mənada inkişafına səbəb olur. Resilientliyin əsasını pozitiv psixologiya təşkil edir. Pozitiv psixologiya dedikdə insanın adekvat davranışları, hər negativ situsasiya qarşısında frustrasiya halına düşməmək, mövcud vəziyyəti rasionallaşdıra bilmək başa düşülür. Beləliklə resiliantliq həm modifikasiya oluna, həm də artırıla bilər. İnsanın öz düşüncələri üzərində sağlam hakimiyyəti onun psixiloji dözümlülüyünü artıra bilər. Eyni zamanda həm koqnitiv, həm də emosional olaraq öyrənilən yeni bacarıqlar insanın düşüncə səviyyəsində,davranışlarında dəyişikliklərə səbəb olacağı üçün psixoloji dözümlülüyünün artmasında çox böyük rol oynayacaqdır.  Ancaq bəzən bu insanın öz iradəsinə bağlı olmur. Sinir sistemində mediatorlar səviyyəsində (dopamin, seratonin, neyroepinerin) dəyişikliklər də resiliantlığın modifikasiyasında rol oynayır.

Resilient olmaqla psixoloji xəstəliklər arasında müəyyən əlaqələr vardır. Psixoloji dözümlülük səviyyəsi aşağı olan insanların mental problemləri yaşamaq ehtimalı daha yüksək olduğu halda ,psixoloji dözümlülüyü yüksək səviyyədə olanların psixoloji pozğunluğa məruz qalma ehtimalı daha aşağı səvviyyədədir. Eyni zamanda hər hansi bir travma zamani verilən reaksiyalar da psixoloji dözümlülüyün səviyyəsindən asılı olaraq dəyişir. PTSD (post travmatik stres pozğunluğu), depressiya zamanı simptomların daha az kəskin olması və davam etmə müddəti insanın resilientlıq səviyyəsi ilə korrelasiya təşkil edir. Mental stabillik üçün resilientlıq qabiliyyətinin yüksək olması vacibdir.

Pozitiv psixologiyanın fundamenti hesab edilən resilientlik insanın individual qoruyucu faktorudur. Hər bir insan bu potensialla doğulur,  ancaq hər bir insanda eyni səviyyədə olmur. Resilient bir insan olmaq sadəcə genetik faktorlarla yox sosial faktorların təsiri ile də mümkündür. Yetişdirilmə tərzinin ,təlim-tərbiyənin insanın düşüncə tərzinin ,təfəkkürünün formalaşmasında rolu çox  böyükdür. Eyni zamanda insanın öz səyi nəticəsində də resilient olmaq mümkündür. Belə ki, özlüyündə bir sıra dəyişikliklər edərək: steorotiplərini qıraraq, yaşadığı hər hansı stresli bir hadisəni şəxsiləşdirib intereolizasiya etməyərək,  öz düşüncələrində buz dağının görünən üzünü yox, görünməyən tərəfini kəşf edib yeni baxış tərzi qazanaraq…

 

Psixoloq İlahə Novruzova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir