(Əvvəli bu linkdə – http://gencaile.az/bosanmaq-ist%c9%99yir%c9%99m-amma-natamam/)
“Və başladım həyatımı hamıdan gizləməyə. Yalançı alyans taxmaq, hamı qədər ağız dolusu evliliyimdən danışmaq, qaynanamdan şikayətlənmək, ərimin laqeydliyindən gileylənməyə. O anlar özümü qəribə hiss edirdim ilk başlarda, günah edirdim sanki. Amma sonra öyrəşdim. Hekayə kimi yalanlar danışırdım, həm də artıq heç kəs soruşmadan danışmağa başlayırdım. Bilirəm ki, indi düşünürsünüz ki, bu qızın başı çatmır. Amma elə bilirdim ki, bu davranış məni qoruyur!”
Elə düşünmürdüm əlbəttə. Mənim işim BU QIZI anlamaq idi.. Niyə qorumaq istəyirdi özünü? Ya da kimdən? Əsas suallar da budur. Əsla onun niyə yalan danışması ilə maraqlanmırdım.. Niyə onun yaşadığı çevrə, mühit, mentalitet onu buna məcbur buraxırdı?! Niyə öz duyğuları ilə üzləşmək, öz hisləri ilə baş etmək yerinə cəmiyyət üçün qayğılanırdı?! Məncə, əsas suallar bunlar idi. Amma bilirdim ki, bunun cavabı da onda yoxdu. Ona görə onu belə suallarla yormaq istəmirdim. Anlayırmış kimi baxır, amma təəssüf ifadəmi də gizlətməməyə çalışırdım.
Psixoloq Əfsanə Rüstəmova