“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə ispanaqlı lazanya yeməyinin hazıırlanma qaydasından bəhs edəcəyik.
İnqrediyentlər
BEŞAMEL SOUS ÜÇÜN:
2 x.q. yağ
2 x.q. un
2 çimdik duz
1 çimdik qara istiot
LAZANYA ÜÇÜN:
1 ç.q. yağ
12 ədəd lazanya yarpağı
100 qr holland pendiri
ispanaq(təmizlənmiş və yarpaqları ayrılmış)
Hazırlanma mərhələsi
Beşamel sous hazırlanır: un yağda qovrulur. Qovrulan unun üzərinə az-az süd əlavə olunur, qarışdırılır. Duz, istiot səpilir. Qatı hal alanda sous hazır olur. Yağ tavada əridilir. İspanaqlar yağın üzərinə əlavə olunur. Sotelənir, pendir də əlavə olunur. Su qaynadılır. Duz əlavə olunur. Lazanyalar əlavə olunur, qaynadılır. Soba 165 dərəcə isidilir. Soba qabına əvvəlcə lazanyalar yığılır, ispanaq içərisinə tökülür. Yarpaq kimi bükülür. Lazanyaların üzərinə beşamel sous əlavə olunur və sobaya qoyulur. Üzəri qızaranda hazır olur. Dilimlənərək servis edilir.
Təqdim etdi: Məsudə Sultan