elxan

“Küçə davası olub, amma…” – MÜSAHİBƏ

Baxış sayı: 3. 446

“Gencaile.az”ın “Kişi sözü” rubrikasının budəfəki qonağı idmançı, tanınmış cüdoçu, dünya kubokunun 5 qat sahibi, hərbçilər arasında dünya çempionu, məşqçi Elxan Rəcəblidir.

E.Rəcəbli də əksər idmançılar kimi çox danışmağı xoşlamır. Məsələ, 4-5 dəqiqəyə həll olunmalı idi – sanki tatami vaxtı ilə hesablanmışdı hər şey. Ancaq hər halda söhbəti bir az uzada bildik. Dağınıq bir söhbət etdik, idmandan, uğurlardan, uşaqlıqdan, uşaqlardan və s.

–  Elxan Rəcəbli idmana gələrkən qarşısına qoyduğu məqsədlərə nail oldumu?

–  İdmanda uğurlarım çox olub, amma deyim ki, çatmadığım məqsədlər də oldu.

– Məsələn, hansı məqsədlər?

– Olimpiya çempionu olmaq. Təəssüf ki, bu titula yiyələnmək qismət olmadı.

– İdmançı olmayan dostlarınız varmı?

– Əlbəttə var.

– Hansılar daha yaxşıdır: idmançı dostlar, yoxsa qeyriləri?

10912829_923974884293175_178716482_n

E.Rəcəblinin övladları

– Dostu seçərkəb buna baxmamışıq. Dostluq etdiyim insanların hamısı yaxşıdır.

– Qadının idmançı olmasına necə baxırsınız?

–  Pis baxmıram. Normaldır. Qadın da idmanla məşğul olmalıdır, eləcə də peşəkar idmançı ola bilər.

– Küçə davalarına düşməmiş deyilsiniz…

– Olub, amma təfərrüatları yadıma gəlmir.

– Uşaqlıqda məhəllədə, sinifdə necə idi vəziyyət?

– Çox gözəl idi.

Kiməsə güc göstərmək zərurəti hiss etdiyiniz vaxtlar olurdumu?

– Yox, açığı, davakar deyildim, belə hallar da olmayıb.

– İdmançılardan kimlərlə ailəvi dostsunuz?

10917750_923977650959565_551391199_n

E.Rəcəbli oğu və qızı ilə birgə

– Tələbəm İlham Zəkiyev və dünya mükafatçısı Rəsul Səlimovla yaxın, ailəvi dostuq.

– Nə cür adamları tatamidə əzmək istərdiniz?

– Mən rəqibləri əzməyə çalışmıram, udmağa çalışıram.

– Övladlarınızın davamçınız olmasına münasibətiniz necədir? Onlar nəyə meyillidirlər?

– Münasibətim yaxşıdır. Əlbəttə, ola bilər. Oğlum cüdoya gedir, hiss edirəm ki, çox həvəslidir, qızım isə yaxşı oxuyur, məktəbdə əlaçıdır.

Facebook-dan necə, nə məqsədlə istifadə edirsiniz?

– Xaricdə dostlar var –  “Facebook”dan da daha çox onlarla əlaqə saxlamaq üçün istifadə edirəm.

– İdmana qayıtsanız, hansı idman növünü seçərdiniz?

– Seçimimdə peşman deyiləm, yenə cüdonu seçərəm.

– 2014-cü ili necə keçirdiniz?

– Şükür Allaha ki, yaxşı.

 Söhbətləşdi: Vüsal

320593_1523643586405_1555169066_n 403923_1981673676871_2078619898_n 1399321_3581112381839_1410469575_o 10250252_4661272185159_1711022770329969607_n 10402852_4225346207282_3173335236278984675_n 10498186_4456451624773_3880796787444323268_o 901682253772ed6d1fb41400319702_10366300_279352648908640_4711354694538238830_n 40965825352459c5e1191397900700_idman (1)

 

 




1 şərh ““Küçə davası olub, amma…” – MÜSAHİBƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir