buz

Qarda, buzda yıxılmamaq üçün nə etməli?

Baxış sayı: 2. 380

Xüsusilə uşaqların çox sevdiyi qar bir müddət sonra buza çevrildikdə, şaxtalı hava və külək yeriməyimizi çətinləşdirir. Bu həm sürücülər, həm də piyadalar üçün əsl təhlükə mənbəyidir.

Ayağınız sürüşüb yıxılsanız, kəllə-beyin travmasından tutmuş, ayaq sümüklərinin sınması, çatlaması və hətta daha təhlükəli hallarla üzləşə bilərsiniz.

Bəs qarlı, buzlu, şaxtalı günlərdə yıxılmamaq üçün nə etməli? Əslində, bəzi tədbirlər alaraq qarın yaratdığı təhlükələrdən sovuşmaq mümkündür.

Kiçik, amma möhkəm addımlar atın

Yolların buz tutduğu zamanlarda ən yaxşı tədbir bir yerdən başqa yerə gedərkən tələsməməkdir. Ona görə də belə havalarda həmişəkindən yarım saat əvvəl evdən çıxmaq lazımdır. Yavaş-yavaş addımlayın və ayaqlarınızın yerə sərt şəkildə dəydiyindən əmin olun.

Düzgün ayaqqabı seçimi edin

Ayağınızın sürüşməsinin ən böyük səbəbi düzgün ayaqqabı seçməməyinizdir. Altı kələ-kötürlü olan və qara, buza ilişib qala biləcək ayaqqabılar alın. Həmçinin hərəkət qabiliyyətini azaldan dar geyimlər yerinə rahat və yumşaq paltarlar seçin.

Pilləkənlərindən enərkən diqqətli olun

Ən çox buz tutan yerlər pilləkənlər olur. Belə yerlərdə yıxılmaq riski yüksək olduğu üçün daha diqqətli olmaq lazımdır. Əgər tutacaq varsa, mütləq bu tutacaqlardan tutaraq çıxıb-düşün. Bu zaman əlinizin tutacağa yapışmaması və əllərinizin donmaması üçün mütləq əlcək geyinin. Ümumiyyətlə, qarlı havalarda evdən çıxarkən mütləq əlcək geyinmək lazımdır. Pilləkənlərdən çıxarkən və ya enərkən ayaqlarınızı uclara deyil, orta qisimlərə qoyun.

İki əlinizdə birdən torba daşımayın

Bütün tədbirlərə baxmayaraq, yenə sürüşsəniz, bu zaman əlləriniz və qollarınız köməyə gələcək. Qollar tarazlığın tənzimlənməsinə kömək edir, əllər isə yıxıldıqda üzünüzün yaralanmasını, həmçinin daha sərt şəkildə yerə dəyməyinizin qarşısını alır. Ona görə də qarlı havalarda iki əlinizdə birdən torba və ya əşya daşımayın. Həmçinin əllərinizi cibinizə qoyaraq yeriməyin. Əlləriniz üşüyürsə, əlcək taxın, əlləri cibə qoyma yıxılmaq rıskini artırır.

Qocalar daha diqqətli olmalıdırlar

Yaşlılar onsuz da  asta sürətlə yeriyirlər. Ancaq onlar möhkəm addımlar atmaqda çətinlik çəkirlər. Klimaks dövründəki qadınlar yıxıldıqda omba sümüklərinin sınması ehtimalı yüksəkdir. Ona görə də, zəruri olmadıqca yaşlıların qarlı, buzlu havalarda çölə çıxmamaları məsləhətdir. Onları təkbaşına çölə buraxmaq olmaz. Mütləq yanlarında bir nəfər olmalıdır. Ancaq uşaqlarla qocaları bir-birinə yoldaş etməyin. Çünki belə halda hər iskinin yıxılmaq ehtimalı yüksək olur. Uşaq dəcəllik edə bilər, qoca onun qayğısına qalarkən addımlarına diqqət etməyərək yıxıla bilər. Odur ki, qocalarla uşaqlar belə aylarda daha çox diqqət tələb edirlər.

Yıxıldıqda yerdən dərhal qalxmayın

Yıxıldıqda mütləq xəstəxanaya müraciət edin. Yıxıldıqdan dərhal sonra ayağa qalxmayın. Çünki isti-isti ağrısı hiss edilməyən yerindən oynamış və ya sınmış sümüklər daha da təhlükəli hal ala bilər. /tabloid.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir