efsane rusttemova

“Ayna” – “NATAMAM”

Baxış sayı: 1. 939

İlk dəfədir biriylə dərdlərimi bölüşməyə gəlmişəm. İlk dəfədir səmimi olmaq istəyirəm özümə qarşı.  İstər davranışlarımı sorğulamaq, istərsə də yanlışlarımla üzləşmək anlamında ilk dəfədir özümə vaxt ayırıram. O da məni MƏN kimi dinləyir. Bütün hərəkətləri mənə çox doğma. Mənim kimi.  Anlatmağa başlayanda gözündəki ifadədən eyni situasiyaya düşdüyünü o qədər net anlamaq olurdu ki… Ona etibar edib hər şeyi danışa bilərəm deyə düşünüb başladım danışmağa.

Bu aralar boğazımda bir düyün hiss edirəm. Danışmaq, özümü ifadə etmək üçün sözləri bilirəm, lakin elə bil ya gücüm yoxdu, ya təpərim.  Mənim danışmasam belə anlaşılacaq qədər  aydın mövqeyim varkən nəyə lazımdı axı təəssürat bölüşmək?!

Guzgu

Elə bunu deyib gözümdən yaşı axıtmışdım ki, gördüm, o da ağlayır. Əlimi uzatdım ki, göz yaşını siləm. Əlimdən qan axmağa başladı. Qorxudan bayılıb yıxılmışam. Gözümü açanda yerdə sınmış güzgü parçalarına gözüm sataşdı. Ağlımdan keçən sual: Mən əsəbi olub güzgünü yerə çırpmışam?! Bəs psixoloq hanı?! Qorxudan çıxıb gedib?! Hələ də aydınlaşdıra bilmirəm bunu özüm üçün… Növbəti görüş vaxtını müəyyənləşdirmək üçün onu tapmalıyam. O məni həm də çox səmimi dinləyirdi. Amma heç olmasa pulunu verərdim.

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir