SEVGİ

Münasibəti davam etdirməyin 5 açarı

Baxış sayı: 842

Sevgi əmək tələb edən bir duyğudur, amma sadəcə əmək və qayə kifayət deyil. Sevgini ürəyinizin ən dərin yerində hiss etməli, yaşamalı və qiymətini bilməlisiniz.

Sevginin bir çiçək olduğunu, yaşaması və böyüməsi üçün sulamalı olduğunuz metaforasını dəfələrlə eşitmisiniz. Bu fikir nə qədər bayağı olsa da, çox önəmli bir məsələyə işarə edir. Bir bitkini çox sulasanız, yəni sulayanda səhv etsəniz, onu öldürə bilərsiniz.

Beləliklə, sevgini öldürən ümumi səhvlərdən yola çıxaraq münasibəti davam etdirməyin 5 əsas xüsusiyyətini təqdim edirik:

1) Qarşınızdakı insana hörmət edin və məqsədlərinə çatmaqda ona dəstək olun.

Sağlam bir münasibətin ilk açarı münasibətdə olduğunuz adama hörmət etmək və bunu göstərməkdir.

Cütlük bir-birinə hörmət etmirsə, bir-birinin inanclarını və dəyərlərini qəbul etmirsə, onların birlikdə gələcəyə dair ümidləri yox olur.

Münasibətdə olduğunuz insanın hədəflərini, ehtiyaclarını anlamağa çalışın. Onların xəyallarını özününkü kimi mənimsəyin. Uğur qazanarkən bir-birinizin yanında olmaq sizi daha da yaxınlaşdıracaq, əlaqənizi gücləndirəcək.

 

2) Səmimiyyət öncəliyiniz olsun.

Münasibətdə fiziki yaxınlıq vacibdir. O, səmimiyyətin, güvən duyğusunun bir işarəsidir. Səmimiyyət cütlüklər arasındakı əlaqəni gücləndirir. Amma unutmayın ki, fiziki yaxınlıq sadəcə mənəvi yaxınlıq da olduğu zaman səmimiyyət ehtiva edir.

 

3) Həyatı bərabər şəkildə paylaşın.

Həyatı başqası ilə bölüşmək münasibətlərin əsasını təşkil edir. Ancaq hər kəsin öz şəxsi azadlıqlarını qoruya biləcəkləri halda əlaqələrin sağlam olması mümkündür.

Şəxsi həyatınızı qorumaq, azad bir şəkildə yeni vərdişlər qazanmaq sizin haqqınızdır və münasibətdə olduğunuz insan buna hörmət etməlidir. Qarşınızdakı insana da bunu aydın bir dillə izah edin. Hər iki tərəfinin öz dünyasının, azadlıqlarının, məşğuliyyətlərinin olması münasibətə müsbət təsir edir. Bir-birinə bağlı olmaq müəyyən bir yerə qədər yaxşıdır, xəstəlik dərəcəsində bağlılıq isə münasibətinizi korlaya bilər. Bu maddə belə bir halın da qarşısını alır.

sevgi

4) Şikayət etmək yerinə ünsiyyət qurun.

Münasibətlərdəki əsas məsələlərdən biri fikir ayrılıqlarını ifadə etmək şəklidir. Bir çox insan bəyənmədiyi, narazı olduğu məqamları deməkdən çəkinir və düşünür ki, bu, münasibətin sonlanmasına gətirib çıxaracaq. Amma bu, belə deyil. Sağlam bir münasibətin əsas açarlarından biri də ünsiyyət qurmaqdır. Partnyorunuzla nə qədər çox danışsanız, müzakirə aparsanız, bir-birinizi konstruktiv tənqid etsəniz, əlaqəniz bir o qədər güclənəcək.

 

5) Partnyorunuzu qəbul edin.

Birini dəyişdirməyə çalışmaq həmişə məğlub olacağınızı əvvəlcədən bildiyiniz halda, oyuna başlamaq kimidir. Əgər birini sevirsinizsə, onu olduğu kimi qəbul edin və sırf biri sizi sevdi deyə dəyişməyini gözləməyin. Hamımızın sevgidə axtardığı güvən qarşımızdakı insanın bizi olduğumuz kimi qəbul etdiyinin fərqinə vardığımız an yaranır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir