temizlik

Ev işi ilə necə arıqlaya bilərsiniz?

Baxış sayı: 1. 404
Arıqlamaq üçün qəbul etdiyiniz kaloridən çox kalori sərf etmək kifayətdir. Elə isə həyatınızı pəhrizlərlə keçirmyə ehtiyac yoxdur. Çünki eyni şeyi ev işi ilə də görə bilərsiniz. Beləliklə…
– Marketdə gəzmək: Marketdə 1 saat gəzmək (təbii ki, alış-veriş arabası ilə) təqribən 243 kalori sərf etmək deməkdir. Üstəlik, bu gəzinti sizə malları daha yaxından tanımağa da kömək edə bilər.
– Diş fırçalamaq: Əksər həkimlər dişləri gündə ən azı 2 dəfə və ən azı 2 dəqiqə fırçalamağı məsləhət görürlər. Beləliklə, siz bu müddət ərzində ən azı 11,4 kalori sərf edə bilərsiniz.
– Evinizdə toz qalmasın: Stollarınızın, stullarınızın və rəflərinizin tozunu almaq üçün 30 dəqiqə sərf etsəniz, təqribən 80 kalorinizdən xilas ola bilərsiniz.
– Paltar ütüləmək: Təqribən yarım saat paltar ütüləmək 76,5 kalori sərf etmək deməkdir.
– Divar boyamaq: Divarlarınızın boyaya ehtiyacı var? Elə isə vaxt itirməyin. Üstəlik, 3 saat divar boyamaqla 1026 kalori sərf edəcəyinizi də unutmayın.
– Paltar qatlamaq: Paltarlarınızı yuyub qurutmusunuz? Elə isə onları qatlamağa başlayın. Unutmayın ki, bu işə yarım saat sərf etmək, 72 kaloridən xilas olmaq deməkdir.
– Eviniz təmiz olsun: 4 saat ev təmizləmək 1800 kalori sərf etmək deməkdir.
– Yer silmək: Yerə tökülən südü və ya başqa bir şeyi silsəniz, 153 kalori sərf edə bilərsiniz.
– Ot biçmək: 1 saat ot biçmək 324 kalori sərf etmək deməkdir (Təbii ki, otbiçən maşınla).
– Yemək bişirmək: Axşam yeməyini bişirmək üçün sərf etdiyiniz 30 dəqiqə sizə 74 kaloriyə başa gələ bilər.
– Qar kürümək: Əgər mülayim bir iqlimdə yaşayırsınızsa, təbii ki, bundan söhbət gedə bilməz. Ancaq sərt bir iqlimdəsinizsə, yarım saat qar kürüməklə 202,5 kalori sərf edə bilərsiniz.
– Xalça süpürmək: 20 dəqiqə xalça süpürmək təqribən 56 kalori sərf etmək deməkdir.
– Maşın yumaq: 20 dəqiqə maşın yumaqla 102 kaloridən xilas ola bilərsiniz.
– Yatanda da arıqlayın: Hətta yatanda da kalorilərinizlə vidalaşa bilərsiniz. Çünki 8 saatlıq bir yuxu 360 kalori sərf etmək deməkdir.
– “Həyətim mənim, həyatım mənim”: 2 saatlıq həyət işi ilə 648 kalori sərf edə bilərsiniz. Yeri gəlmişkən, bu kaloriləri həyətdə meyvə-tərəvəz yetişdirməyə də sərf edə bilərsiniz.
– Televizora baxmaq: Bəlkə də sizə qəribə gələcək, ancaq bəzən bu işdə televizora baxmaq da köməyinizə gələ bilər. Belə ki, televizor qarşısında 1 saat keçirməklə, 72 kalori sərf edə bilərsiniz. Təbii ki, eyni vaxtda televizorun tozunu almaq şərti ilə…



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir