Nermine Abbasova

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 707

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə LDL-nin, yəni negativ xolesterinin qanda yığılmasıdır. Qanda ümumi xolesterin və negativ xolesterinin yüksək olması, HDL (yaxşı) xolesterinin az olması, insan üçün risk amilidir. Qanda həddindən artıq miqdarda olan xolesterin yavaş-yavaş damar divarında yığılır və infarkt, iflic, damar keçilməzliyi, böyrək çatışmazlığı kimi xəstəliklərin əmələgəlmə riskini artırır.

Bununla bağlı Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova ilə həmsöhbət olduq.

Nərminə xanım deyir ki, neqativ xolesterinin çox olması problemi günümüzün ən mühüm sağlamlıq problemlərindən biri kimi xarakterizə olunur və xüsusilə ürək-damar xəstəlikləri üçün əhəmiyyətli bir risk faktoru olaraq göstərilir:

“Lipid dediyimiz heyvani yağlar və xolesterin, hüceyrə zərlərinin çox mühüm, əsas elementləridir. Xolesterin hər nə qədər qan yağları kimi qəbul edilsə də, yağ deyil! Xolesterin bir steroiddir. Steroidlər, kortizon deyə adlandırdığımız antienflamatuvar, yəni iltihabla mübarizə aparan maddələrdir. Xolesterin də orqanizmimizin ehtiyacına görə hər gün istehsal olunan, olmazsa olmaz olan təbii bir maddədir. Bütün orqanların hüceyrələrinin, xüsusilə də beyin, sinir sistemi, gözlər və immunitet sistemində olan hüceyrələrin içində, toxumalarında xolesterin və Omega-3 olmasa, körpələrin beyin və sinir sisteminin inkişafına, sürətlə böyüməsinə və güclü, qüvvətli olmalarına imkan yoxdur. Qan yağlarımız və qan xolesterinimiz, düzgün qidalanmama və xolesterin dərmanları ilə azaltılmadan təbii səviyyəsində qaldığı müddətcə, hüceyrələr və beləliklə, immunitet sistemimiz güclü və qüvvətli qalacaqdır. Bunun nəticəsində də xəstələnməyin, xüsusilə də xərçəng olmağın qarşısı alınacaq, ya da hər növ xərçəng xəstəliyi ilə mübarizə daha güclü bir şəkildə davam edəcəkdir. Aparılan araşdırmalar, xolesterini az olan insanlarda bir çox xərçəng növünün, xüsusilə yoğun bağırsaq, yəni kolon xərçənginin daha tez-tez görüldüyünü ortaya qoyub.

Onu da deyim ki, bir var qan xolesterini, bir də var diyet xolesterini. Qan xolesterini qan dövranında olur. Qandakı xolesterinin çoxunu orqanizmin özü istehsal edərkən geri qalan miqdarı da qidalarla təmin edilir. Diyet xolesterini – bitki mənşəli qidalar yağ tərkibli olsalar da, tərkibində xolesterin yoxdur. Xolesterin yalnız heyvan mənşəli qidalarda var”.

Sual yaranırki, yaxşı xolesterin nədir, pis xolesterin nədir? Nərminə Abbasova bildirdi ki, xolesterin, qanda həll olunması və daşınması üçün qaraciyərdə lipoproteinlərlə birləşir:

“HDL xolesterin (yaxşı xolesterin) toxumalardakı xolesterini toplayaraq bayıra atılmasını təmin etdiyi üçün yaxşı xolesterin kimi adlandırılır. Yalnız bədəndə olur, qidaların tərkibində olmaz.

LDL xolesterin (pis xolesterin) isə xolesterini toxumalara daşıyaraq arter və digər qan damarlarının divarlarında toplanmasına səbəb olduğu üçün LDL, pis xolesterin olaraq da adlandırılır. LDL yalnız bədəndə olur, qidaların tərkibində olmaz.

Qanda ümumi xolesterin və LDL xolesterinin çox olması, HDL xolesterinin az olması, insan üçün risk amilidir. Bu riskə malik xəstələrdə infarkt, iflic, damar keçilməzliyi, böyrək çatışmazlığı kimi xəstəliklərin əmələ gəlmə riski daha çoxdur. Qanda həddindən artıq miqdarda olan xolesterin yavaş-yavaş damar divarında toplanır. Bu yığılma nəticəsində həmin damarda daralma, tutulma ortaya çıxır. Xolesterin hansı damarda yığılmışsa, o damarla əlaqəli problemlər və xəstəliklər ortaya çıxır”.

Həkim-terapevt yüksək xolesterin necə müalicə edilməsindən də danışdı. Bildirdi ki, günümüzdə pis xolesterin kimi adlandırılan LDL xolesterin səviyyəsinin azaldılması üçün istifadəyə verilən çoxsaylı xolesterini aşağı salan dərmanların (statinlər), geniş istifadə edilməsi ilə birlikdə başqa bir mübahisə daha gündəmə gəlmiş vəziyyətdədir:

“Bütün oxucularımıza təklifim müalicələri ilə bağlı əvvəlcə həkimlərinin təkliflərinə qulaq asmalıdırlar. Qeyd edim ki, Lipid dəyərlərinin aşağı salınmasının ən yaxşı yolu pəhrizdir. Həyatınızda etdiyiniz dəyişikliklərlə, qatı yağ istehlakının gündəlik kalori ehtiyacınızın 7 %-dən az və xolesterin istehlakının da gündə 200 mg-dan aşağı olmasını təmin etməyiniz lazımdır. Çəkini azlatmaq, məşq etmək və siqaret çəkməmək də əhəmiyyətlidir”.

Nərminə xanım vurğuladı ki, lipidi aşağı salan dərmanlar ancaq pəhriz və idman yetərli olmadığı zaman qəbul edilməlidir. Həkimin sözlərinə görə, əsas dərman qrupu statinlər, fibratlar, nikotinik turşular və omega-3 yağ turşularıdır:

“Pəhriz və idman kimi həyat tərzi dəyişikliklərinə baxmayaraq, xolesterin səviyyəsi müəyyən bir səviyyəyə gətiriləməyən xəstələrdə, dərmanla müalicə lazım ola bilər. Xolesterin dərman vasitələrinin yerində və düzgün istifadəsi çox əhəmiyyətlidir. Xolesterin artmasına qarşı müalicə mütləq yaşayış tərzində dəyişikliklə birlikdə olmalıdır. Siqaret çəkməmək, pəhriz və məşq ilə xolesterinin nə qədər aşağı salınması qiymətləndirilmədən xəstənin dərmanla müalicə edilməsi yaxşı bir həll yolu deyil. Təsirli olan hər bir dərmanın da eyni zamanda arzuolunmaz təsirləri ola bilər”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir