yemeye ne var

Südlü göbələk supu belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 648

Göbələk supu qaymaqsız olmaz deyirlər. Amma hər kəs qaymaqlı, qatı bir supu yeyə bilmir. Bunun üçün sizə fərqli bir göbələk supu resepti hazırladıq. Qaymaq əvəzinə süd istifadə edərək qatı olmayan, dadlı göbələk supu hazırlaya bilərsiniz. Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə südlü göbələk supunun hazırlanma qaydasını təqdim edirik.

 

Ərzaqlar

1 paket göbələk
1 xörək qaşığı kərə yağı
3 xörək qaşığı un
1 stəkan süd
4 stəkan su
1/2 ədəd limon suyu
Duz
İstiot

sudlu gobelek supu

Necə hazırlanır?

Göbələkləri təmizləyin və kvadrat formasında doğrayın. Doğranan göbələkləri limonlu suyun içində qaynadın Sup qazanının içində kərəyağını əridin və un əlavə edib qovurun. Unun rəngi biraz dəyişəndə üstünə südü yavaş-yavaş əlavə edin və tez-tez qarışdırın. Göbələyi və suyu əlavə edin. Duz və istiot əlavə edib, bişirməyə davam edin. Qaynamağa başladığında ocağı söndürün, qazanın qapağını örtün, biraz elə qalsın. Süfrəyə təqdim edərkən bir neçə göbələyi xirda doğrayıb, qızardıb supun üzərinə dekor olaraq əlavə edə bilərsiniz.

 

Qeyd: Göbələyi əvvəlcədən qaynatmağı unutmayın. Göbələyin qara suyu supunuzun sonra rəngini dəyişməsin. Əgər un ilə yağı qarışdırarkən potlaşma olarsa, blenderdən keçirə bilərsiniz.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir