Dəridəki qırışların və sallanmaların qarşısını evdə hazırladığımız maskalarla almaq mümkündür. Beləliklə, Türkiyə mətbuatına istinadən köklü və portağallı maskanı təqdim edirik.
Kökü sürtgəcdən keçirin və üzərinə 1 ədə portağalın suyunu əlavə edin. Daha sonra isə məhlula 2 çay qaşığı bal əlavə edin. Alınan maskanı pambıq vasitəsi ilə üzünüzə vurun. 30 dəqiqə gözlədikdən sonra isə dərinizi soyuq suyla durulayın.