“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə qırmızı bibər dolmasının hazırlanma qaydasından bəhs edəcəyik.
Lazım olan ərzaqlar
2 ədəd kök
6 ədəd qırmızı bibər
4 ədəd badımcan
1 dəstə yaşıl soğan
duru yağ,
duz
Hazırlanma qaydası
Badımcanları gözəlcə yuyun. Qabıqlarını alacalı soyun. Sonra küp-küp doğrayın. Kökləri də soyub yuyun. Onları da küp-küp doğrayın. Bir tavaya duru yağ qoyun. Yağın qızmasını gözləyin. Kök və badımcanları yağın içinə qoyub qızardın. Qızartdığınız kök və badımcanları geniş bir tavaya alıb üzərinə duz səpin. Qırmızı bibərləri soba torbasına qoyub üzərini bir-iki yerdən çəngəllə deşib sobaya verin. Bibərlər belə olanda asan soyula bilir. Hər iki tərəfini közləyin. Közlənən bibərləri bir siniyə alın və soyumağa qoyun. Soyuyan bibərləri diqqətli bir şəkildə soyun. Soyulan bibərləri uzununa kəsin. Yaşıl soğanın yarpaqlarını kəsin. Soğanın ağ hissəsini incə şəkildə doğrayın və badımcanın içinə qatın. Kəsilən bibərlərin uc hissəsinə hazırladığınız qızartmadan qoyub bükün. Bükülən bibərləri yaşıl soğan yarpağı ilə bağlayın. Sarıdığınız bibərləri servis tabağına düzərək servis edə bilərsiniz. İstəyə görə yanına sarımsaqlı qatıq qoya bilərsiniz. Qızartmanın içinə çəkilmiş qoz da qoya bilərsiniz.
Təqdim etdi: Aydan Kərimli