qadin

Qadınlar diqqətlə oxusun!

Baxış sayı: 2. 312

Kişilər qadınlara nisbətən daha sərbəstdir. Onlar gec saatlarda bayıra çıxa, dostları ilə əylənə bilər və “kişidir, ona olar!” deyərək onlara haqq qazandırılır. Ancaq qadın bunları etsə, adı pis çıxacaq.

Əriniz gecə gec saatlarda bayıra çıxır, dostları ilə gəzib dolaşır, evə çox gecmi gəlir?

“Üzünü görmürəm”, – deyə şikayət etməkdənsə, Ailem.az-ın bu tövsiyələrinə əməl edin.

“Gencaile.az” saytı olaraq “Ailem.az” a istinadən əri evə bağlamağın sirlərini təqdim edirik.

Qadının kişiyə qarşı ən təsirli silahı şirin dili, gülər üzü, təbəssümü, könül ala bilməsi, sıxıntını paylaşması, əri üzünə baxanda ürəyinin açılması, bir anda bütün yorğunluqlarını atmasıdır.

Kişini qadına bağlayan ən güclü sirr qadının şəfqət göstərən halı, ana qayğısıdır. Bu gücdən yaxşı istifadə edin. Ərinizin sizinlə yaxşı vaxt keçirməsinə şərait yaradın. “Səninlə birlikdə olduğum üçün çox xoşbəxt hiss edirəm” kimi cümlələri yeri gələndə dilə gətirin.

İmkan olduqca süfrədə yemək çeşidlərini artırın. Kişini evə bağlayan digər amil süfrədə sevdiyi yeməklərin bişirilməsidir. Yemək sonrası çay, qəhvə, quru meyvə, çərəz, tum kimi şeyləri əskik etməyin ki, yemək bitər bitməz gözü qapıda olmasın.

Kitab oxuma vərdişinə yiyələnin. Oxuduğunuz maraqlı hekayələri çay süfrəsində danışın. Dini mövzulardan danışarkən müəllim kimi davranmayın.

Birlikdə proqramlar izləyib ona sual verin, rəyini soruşun. Diqqətini proqrama yönəldin.

Zaman-zaman evdəki əşyaların yerini, otaqların dekorunu dəyişdirin. Bununla onu məşğul edin.

Evdə tək qalanda darıxdığınızı, sıxıldığınızı, qorxduğunuzu dilə gətirin. Birlikdə olanda rahat hiss etdiyinizi deyin.

Arada bir dost, qonşu, qohum ziyarətinə gedin. Onları qonaq çağırın.

Bəzi axşamlar alış-verişə, gəzməyə gedin, bayırda vaxt keçirin, yeməyə çıxın.

Özünüzdən, öz problemlərinizdən çox danışmayın. Bir müddətlik onun xoşbəxtliyinə çalışın.

Şikayət etməkdən əl çəkin. Evdəki nöqsanlar, dəyişiləcək mebellər kimi xərc gərəkdirən şeylərdən danışmayın. Kişilər çox xərcin çıxmasından xoşlanmaz.

Uşağınız varsa, onu təhsili, böyüdülməsi, tərbiyəsi ilə bağlı bəzi məsələlərdən danışıb onun da üzərinə məsuliyyət yıxın.

O gün axşama qədər nələr etdiyini, kimlərlə vaxt keçirdiyini öyrənin.

Ətrafınızdakı bəzi dostlarınızdan onların bu məsələdə nə etdiyini məlumat alın.

Mənəvi ehtiyaclarınızı ödəmək kimi ürək, qəlb ehtiyaclarınızı da qarşılamağa çalışın.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir