Son illərdə boşanmaların sayı getdikcə artmaqdadır. Rusiyanın məşhur psixoloqlarının fikrincə ailənin dağılmasından öncə bu amillərə mütləq diqqət yetirmək vacibdir.
Mübahisə etdikdən sonra səssiz qalmaq
Bir cütlüyün mübahisə etdikdən sonra səssiz qalaraq reaksiya göstərməsi, pis əlamətdir. Psixoloqların sözlərinə görə, əslində mübahisə etmək sağlam münasibətlərdən xəbər verir. Lakin tez-tez təkrarlanırsa və ciddi hal alırsa bu vəziyyət evlilik üçün zərərlidir.
Ortaq maraqların olmaması
Deyirlər ki, fərqli insanlar əslində bir-birini cəzb edir. Lakin insanda xoşunuza gələn bir xüsusiyyətlərə görə evliliyinizi davam etdirəcəyinizi düşünməyin. Məsələn, biri səhərə qədər çöldə əylənməyi sevirsə, digəri axşam 19: 00-da ilıq duş qəbul etdikdən sonra oturub kitab oxumaq istəyirsə deməli bu cütlüklərin həyat tərzləri bir-birindən çox uzaqdır. Çox güman ki, onların evliliyinin uzun davam etməsi qeyri-mümkündür.
İşinizin ailənizdən daha önəmli olması
Tərəflərdən birinin karyerasını hər şeydən üstün tutması ailə üçün böyük bir zərbədir. Unutmayaq ki, bir insanın işinə çox bağlı olması ən güclü sevgi üzərində qurulan evliliyi belə uçuruma aparar.
Büdcə ayrıseçkiliyi
Evlilik bir ortaqlıqdır. Tərəflər ailənin maddiyyat, pul, qazanc baxımından bir-birilərinə güvənməlidirlər. Bir-birini təhqir etmək, alçaltmaq, yuxarıdan aşağı baxmaq münasibətlərin vaxt keçdikcə tükənəcəyinin əlamətidir.
Məsələn, cütlüklərin ayrı və ya ortaq büdcələri ola bilər. Lakin pulun necə xərclənməsi və ya yığılması mövzusunda bir-birindən xəbərsiz olduqda,onlar heç nəyə nail ola bilməzlər.
Samirə Tağıyeva