hekimler

Yeni il bayramından öncə hansı prosedurlar edilməməlidir?

Baxış sayı: 591

Bir çox qadınlar cazibədar görünmək üçün Yeni il öncəsi müxtəlif fəndlərə əl atırlar. Bəziləri bayramdan öncə müxtəlif qocalma əleyhinə prosedurlar edirlər. Mütəxəssislər isə nəticənin həmişə gözləntiləri doğrultmadığı barədə xəbərdarlıq edirlər.

Bəzən gözəlliyi və gəncliyi bərpa etmək üçün nəzərdə tutulmuş prosedurlardan sonra fəsadlar yarana bilər. Qadınlar Yeni ili qeyd etməzdən əvvəl hansı məşhur kosmetik manipulyasiyalardan çəkinməlidirlər? Bu sualı rusiyalı mütəxəssislər – “MEDSİ” klinik xəstəxanasının baş həkimi Natalya Tarasova, tibb elmləri doktoru Tatyana Şapovalenko və dermatoveneroloq, tibb elmləri namizədi Lyudmila Smirnova cavablandırıblar.

Mütəxəssislər qeyd ediblər ki, bayrama az qalmış gözəl görünmək istəyirsinizsə, səthi pilinq etməlisiniz. Orta və dərin pilinqlər reabilitasiya tələb edir. 5-7 gün ərzində üzdə qızartı və soyulma izləri qala bilər.

 

Saplarla üzgərmə

Bu prosedurun reabilitasiya müddəti praktiki olaraq yoxdur. Yəni 3-5 gün ərzində sapların qoyulduğu yerlərdə əmələ gələn şişkinlik praktiki olaraq tamamilə yox olur”, deyə- Lyudmila Smirnova bildirib. Amma onun sözlərinə görə, bayram ərəfəsində sapla üzgərmə proseduru etdirirsinizsə, heç bir fərq hiss edilməyəcək. Prosedur ən azı bir ay, iki ay əvvəl edilməlidir.

 

Botulinum toksini və doldurucular

Həkimlər xəbərdarlıq edirlər ki, botulinum toksininin dəri altına daxil edilməsindən aydın təsir yalnız iki həftədən sonra görünəcək. Tatyana Şapovalenko onu da qeyd edib ki, antibiotik qəbul etmək botulinum toksininin təsirini neytrallaşdırır.

 

Tatuaj

Tatuaj etdirərkən də zaman amilinə diqqət etmək lazımdır. Yeni il partisindən azı iki ay əvvəl bu proseduru etdirsəniz daha yaxşı olar. Doktor Şapovalenko bildirib ki, qalıcı makyaj üçün piqmentə qarşı mümkün allergik reaksiyanın qarşısını almaq üçün əvvəlcə test etməli, boyanı əlinizə sürtməli və orqanizmin necə reaksiya verdiyini görməlisiniz. Dəri qırmızıya çevrilirsə, çox güman ki, prosedurdan çəkinməli olacaqsınız.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir