gozellik

2022-ci ildə dünyanı heyran edən 10 gözəl – FOTOLAR

Baxış sayı: 556

Gözəllik dünyanı xilas etməsə də, mütləq onu daha parlaq və daha xoş edəcək. Bu prosesdə bəlkə də ən böyük rol xanımların, xüsusən də dünya gözəli olan qızların və xanımların üzərinə düşür. Axı, bütün dünyanın gözləri onlara baxır.

Biz də yenicə başa çatan 2022-ci ildə gözümüzü sözügedən ilin gözəllərindən çəkə bilmədik. Odur ki, qərara gəldik ki, bu il ayrı-ayrı gözəllik müsabiqələrində, yarışlarında qalib olan gözəllərin fotolarını və haqlarında bəzi məlumatları sizə təqdim edək.

 

Miss Viskonsin Qreys Stanke (solda) “Miss America – 2022” Emma Broyles-dən “Miss America – 2023” titulunu alır.

“Miss Rusiya – 2022” titulunun sahibi Anna Linnikova. Anna xarici ölkələri də nəzərə alsaq, 16 yaşından model kimi çalışır, ingilis dilini mükəmməl bilir, fransız dilini öyrənir və sənətşünas olmağa hazırlaşır. İndi Anna Amerika vizası üçün müraciət etdiyi Qazaxıstandadır, çünki Rusiyada bu mümkün deyil.

Soldan: Miss Kolumbiya Andrea Aguilera, Miss Korea Mina Sue Çoi, Miss Fələstin Nadeem Ayub və Miss Avstraliya Şeridan Mortlock “Miss Earth – 2022” müsabiqəsi zamanı

Diana Karolina Silva Fransisko Venesuelalı model və “Miss Venesuela – 2022” titulunun qalibidir. O, “Kainat gözəli – 2023” müsabiqəsində Venesuelanı təmsil edəcək. O, əvvəllər “Miss Earth Venesuela – 2018″in tacına layiq görülüb.

Raçel Gupta. O, Fransanın paytaxtı Parisdə keçirilən 15-ci Mövsümdə “Dünyanın Miss Super Talenti” adını qazanan hindistanlı xanım.

“Miss International – 2022” gözəllik müsabiqəsinin qalibi, almaniyalı Jasmine Selberg. Jasmin hazırda tarix və fəlsəfə üzrə bakalavr dərəcəsini davam etdirir və burada tarix elmlərində soyqırım araşdırmalarına diqqət yetirir.

“Miss MDB – 2022” müsabiqəsinin qalibi Diana Perxanova. Müsabiqədə iştirak etmək üçün bir neçə min qız müraciət etsə də, yekunda öz ölkələrində seçmə mərhələdə qalib gələn 23 gözəl qız qazaxıstanlı Diana Perxanova finala yüksəlib. Burada MDB nümayəndələri ilə yanaşı, Gürcüstan, Litva, Latviya, Estoniya və Kubadan olan 18-25 yaş arası qızlar iştirak ediblər. İkinci yeri gürcüstanlı Emmi Mxitaryan tutub. Üçüncü yeri estoniyalı Karina Nizinkaya tutub.

Miss Polşa Karolina Belawska 70-ci “Miss World” gözəllik müsabiqəsinin qalibi oldu.

Yeni seçilmiş “Miss France – 2022” İndira Ampiot (ortada) Miss France 2005 Sindi Fabre (solda) və Miss France 2022 Diane Leir ilə.

Yeni “Miss Livan – 2022” tacını qazanan Yasmina Zaitoun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir