Ərzaqlar
3-4 porsiya üçün
700 qr qabığı soyulmuş kartof
2 ədəd yumurta
2 xörək qaşığı un
3-4 diş sarımsaq
duz
istiot
3 xörək qaşığı xama
1 çay qaşığı Dijon xardalı
200-250 qr hisə verilmiş ovçu kolbasası
2 ədəd orta ölçülü soğan
1 şirin bolqar bibəri
150 qr çerri pomidoru
170 qr bərk pendir
bir neçə budaq yaşıl soğan
bitki yağı
Hazırlanması
Soğanları yarım halqa şəklində doğrayın və tavada yüngülcə bişirin. Doğranmış bolqar bibəri əlavə edib bir neçə dəqiqə bişirin. Doğranmış kolbasa da əlavə edib qarışdırın və ocağın altını söndürün.
Kartofu mətbəx kombaynından (və ya rəndənin iri gözündən) keçirin.
Əzilmiş sarımsaq, yumurta, un, duz və istiot əlavə edib yaxşıca qarışdırın.
Tavanı 2 xörək qaşığı bitki yağıyla yağlayın. Kartof qarışığını yağlanmış tavaya yayın, zəif ocaqda təxminən 5 dəqiqə bişirin. Bir qabda xama və xardalı qarışdırın. Pendiri rəndələyin və pomidorları yarı bölün. Tavada bişən kartofu çevirin və 2-3 dəqiqə sonra bişən kartofa xamalı-xardallı sous yaxın.
Bibərli-kolbasalı qarışığı sousun üzərinə yayın.
Yarı bölünmüş pomidorları düzün, rəndələnmiş pendir və doğranmış göy soğan səpin.
Ocağı zəiflədin, tavanın qapağı bağlı pendir əriyənədək bişirin.