“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə mükəmməl rəngarəng və asan italyan salatı olan noxud salatının hazırlanma qaydasını təqdim edəcəyik.
Tərkibi:
1/2 stəkan noxud
5-6 ədəd çeri pomidorları (olmasa, 1-2 ədəd adı pomidordan istifadə edə bilərsiniz)
40 qr feta pendiri (adi ağ pendir)
1 xörək qaşığı narşərab
1 xörək qaşığı zeytun yağı
reyhan
duz
istiot
Hazırlanma qaydası
Salatı hazırlamaq üçün bir gün əvvəldən noxudları suda saxlayırıq. Daha sonra isə bişiririk. Pomidorları kiçik-kiçik dograyırıq. Eləcə də ağ pendirləri kub şəkilində doğrayırıq. Böyük bir qaba bütün ərzaqlarımızı əlavə edib duz, istiot, narşərab. zeytun yağı və xırda dogranmış reyhanlarımızı əlavə edib qarışdırırıq.
Təqdim etdi: İlahə Atəş