AYAQQABI

İşgüzar xanımlar üçün ən ideal ayaqqabı dəbi – FOTOLAR

Baxış sayı: 514

Loafer ayaqqabılar məktəbli üslubunun vacib elementidir və bu dəb cərəyanını qat-qat yubkasız təsəvvür etmək mümkün deyil.

Payız və qış aylarında yenidən gündəmə gələn loafer ayaqqabılar yaz aylarında da dəbdə olmağa davam edəcək.

 

Yubka ilə

Лоферы + короткая юбка

Stilistlərin sözlərinə görə, loaferlə qat-qat yubkalar xüsusilə ahəngdar duet təşkil edir. Bununla belə, özünüzü yalnız bir məktəbli yubkası ilə məhdudlaşdırmaq lazım deyil. Klassik qısa yubkalar da ideal seçimdir. Əsas odur ki, kəsim çox dar olmasın, əks halda ayaqlar, həqiqətən olduğundan daha böyük görünəcək.

Klassik şalvarla

Лоферы + классические брюки

Ofis geyimləri loaferlər ilə mükəmməl “dostluq edir”, çünki belə bir ayaqqabı işgüzar obrazın ciddi təbiətini qoruyaraq narahat dikdabanları əvəz edəcək. Sadəcə çox uzun və geniş şalvar seçməyin ki, ayaqqabılar onların altında tamamilə itməsin. Düz və bir qədər boş modellər ən yaxşı variant olacaq, ən əsası belə bir geyimi hər hansı bir köynəklə tamamlaya bilərsiniz.

Qısa cins

Лоферы + укороченные джинсы

Loaferin qısa cinslərlə uyğunluğu da mükəmməldir. Lakin bir məqamı nəzərə almaq vacibdir, cins şalvarlar topuq ətrafında çox dar olmamalıdır, əks halda ayaqlarınız daha qısa görünəcək. Odur ki, çox dar cinslərə yox deyin və ayaq biləyinin üstündə bitən enli şalvarlara üstünlük verin.

Şortiklərlə

Лоферы + костюмные шорты

Loeaferlər ciddi görüşlərdə belə şort ilə kostyum geyinməyə imkan verir, həm də rahat üslubunuzu tarazlayır. Yalnız kostyum materialından modelləri seçin, cins variantlarda bu cür ayaqqabılar yöndəmsiz görünür. Orta uzunluqlu corabları da unutmayın, onlar bu görünüş üçün tam uyğundur.

Midi yubkalar

Лоферы + миди

Bu modellər qısa yubkarlarla birlikdə daha çox geyinilsə də, midi yubkaları unutmaq olmaz. Bu uzunluqdakı ətəklər ciddi ayaqqabılarla, demək olar ki, mükəmməl birləşir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir