Araz Əhmədovun səyahət qeydləri
Bu dəfə sizləri Braziliyanın ən böyük şəhəri olan San-Pauluya aparacam. 20 milyondan çox insanın yaşadığı bu şəhər Latın Amerikası ölkəsinin maliyyə mərkəzi sayılır. San-Paulu həm də dünyada əhalinin ən sıx məşkunlaşdığı şəhərlərdən biridir. Qədim tarixi binalarla müasir göydələnlərin sintezi olan San-Pauluda 10 favella(kasıbların gecəgondu qəsəbələri) var. 1554-cü ildə əsası qoyulan bu şəhər Atlantik okenanın sahilindən 70 km uzaqda yerləşir. Amerika qitəsinin ən böyük şəhəri olan “Sampa”, həm də dünyanın ən kriminal yerlərindən biridir.