infarkt

İnfarkt və insult əlamətlərini necə ayırd etmək olar?

Baxış sayı: 593

Hər kəsin bu təhlükəli vəziyyətlərin simptomları haqqında bilməsi vacibdir: özünüz risk altında olmasanız belə, onları yaxınlarınızda və dostlarınızda ayırd edə bilmənizdə fayda var. Bunu necə başa düşmək olar? Rusiya Səhiyyə Nazirliyinin baş müstəqil kardioloqu Sergey Boytsov “AiF”ə müsahibəsində bu haqda danışıb.

Kişilərdə miokard infarktının orta yaşı 60, qadınlarda isə 70-ə yaxındır. İnfarkt keçirən xəstələrin 70 %-dən çoxunda arterial hipertenziya var, onların 40 %-i siqaret çəkənlərdir. Bundan əlavə, obez olanlar və həmçinin aşağı fiziki fəaliyyət göstərənlər risk altındadır.

Ürək böhranının əsas əlaməti döş qəfəsində, döş sümüyünün arxasında şiddətli ağrıdır. Ən azı 10 dəqiqə davam edərsə, bu, təcili tibbi yardım çağırmaq üçün bir səbəbdir.

“Bəziləri ağrını “soba qoyulmuş kimi” ifadəsi ilə təsvir edir, bəziləri çox güclü yanma hissini qeyd edir”, – deyə kardioloq bildirib. “Ağrı sol çiyin və ya qola, sol çənəyə yayıla bilər. Boğaz, bəzən çiyin sümükləri arasında olur. Belə əlamətlər zamanı dərhal təcili yardım çağırın”, -deyə həkim bildirib.

Yüksək qan təzyiqi, siqaret çəkmək və artıq çəki də insult üçün risk faktorlarıdır. Bu vəziyyətdə insanın nitqi və əzalarının hərəkəti pozulur – qollar, ayaqlar və hətta bədənin bir yarısı. Görmə və udma funksiyaları pozula bilər. Bu əlamətlər ürək-damar xəstəliyi və aterosklerozdan əziyyət çəkənlər tərəfindən də nəzarətdə saxlanılmalıdır. Onların baş verməsi halında dərhal təcili yardım çağırmaq vacibdir: nə qədər az vaxt keçirsə, həkimlərin xəstəni xilas etmək şansı bir o qədər çox olur və xəstənin özünün uğurlu sağalma şansı da çoxalır.

“Unutmayın, insan infarkt və ya insultu təkbaşına sağalda bilməz! Onun təcili xəstəxanaya yerləşdirilməsi lazımdır, çünki söhbət insanların həyatını xilas etməkdən və mənfi nəticələrin minimuma endirilməsindən gedir”, – Boytsov xəbərdarlıq edib.

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir