yemeye ne var

Asan hazırlanan “Malibu” salatı – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 475

Evə gələn çağırılmamış qonaq üçün qısa müddətdə ləzzətli salat hazırlaya bilərsiniz. “Gencaile.az saytı “Yeməyə nə var?” rubrikasında çox sadə, hazırlanması çox vaxt aparmayan yüngül və dadlı “Malibu” salatının reseptini təqdim edir.

 

Malibu salatının tərkibi:

1 dəstə kahı yarpaqları

2 ədəd xiyar

200 qr çerri pomidoru

100 qr pendir

200 qr hisə verilmiş toyuq filesi (və ya qızardılmış,qaynadılmış)

2 xörək qaşığı mayonez

duz

istiot

süfrəyə verdikdə üzərinə 50 qr suxari

Malibu

Malibu salatının hazırlanma qaydası:

İlk öncə kahı yarpaqlarını yuyun.  Xiyarların qabığını soyub doğrayın. Pomidorları da 2-3 hissəyə bölün. Pendiri kub şəklində doğrayın. Salatı qarışdıracağınız bir qaba kahı yarpaqlarını, doğranmış xiyar, pomidor və pendiri tökün. Üzərinə hisə verilmiş didilmiş toyuq filesini, mayonez,duz və istiot töküb qarışdırın. Hazır salatı süfrəyə verdikdə üzərinə suxariləri tökün.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir