Zumrud Haqverdiyeva

Uşaqda dişləmək varsa… – “SEANS VAXTI”

Baxış sayı: 422

Uşaqlar dişləmək daha çox 3 yaşından sonra başlaya bilir. Sosiallaşmağa başladığı dönəmlərdə, dostları ilə dişləyərək əlaqə qurmağa çalışır və buna görə də ünsiyyət qurmağın yolları uşağa öyrədilməlidir.

Dostları ilə ünsiyyət qurduğu zaman yanında dayanıb, rəhbərlik edilməlidir. Rəhbərlik etdiyiniz zaman isə tənqidi yanaşmaqdansa, yönləndirici yanaşsanız daha düzgündür. Əgər valideynin rəhbərlik etməsinə baxmayaraq, yenə də dişləmə halları davam edərsə, uşağın sosial-emosional sferasında işləməli və bağça və ya məktəb və valideynlərlə birlikdə iş aparılmalıdır.

Uşaq əgər dişləyirsə, bunun altında yatan səbəblər vardır;

1) Emosional inkişafda çatışmazlıqlar

2) Duyğularının fərqinə varmamaq

3) Sevmə şəkli olaraq elə öyrənməsi

4) Alternativ düşüncələrin olmaması

5) Valideynlərin formalaşdırmadığı sərhədlərdən dolayı yarana bilər.

Bunlar müəyyən edildikdən sonra uşağa uyğun olaraq proqram yazılır və təlim aparılır. Əgər vaxtında müdaxilə olunmazsa, bu daha geniş yayılacaq və uşağın olduğu cəmiyyətdə özünün yer tutması çətin olacaqdır.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir