“Gencaile.az“ saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə xəmiraşının hazırlanma qaydasını təqdim edəcəyik.
Ərzaqlar:
qoyun əti – 163 q.
buğda unu – 35 q.
yumurta – 1 əd.
ərinmiş yağ – 10 q.
ağ lobya – 20 q.
şərab sirkəsi – 10 q.
baş soğan – 20 q.
keşniş – 20 q.
quru nanə – 1 q.
istiot, duz
Hazırlanma qaydası:
Qoyun əti qiyməsindən hər pay üçün 5-6 ədəd xırda küftələr hazırlanır. Lobya ayrıca bişirilir. Mayasız xəmir 1 mm qalınlığında yayılır, üstünə un töküb 5 sm enində nazik lentlər kəsilib əriştə doğranır. Bulyona əvvəlcə ət küftələri salınıb bişirilir, sonra əriştə və bişmiş lobya qatılıb hazır vəziyyətə gətirilir. Hazır xörəyə doğranmış göyərti, süfrəyə verdikdə isə quru nanə səpilir. Şərab sirkəsi ayrıca verilir.
Təqdim etdi: Məsudə Sultan