xurma

Niyə orucu xurma ilə açırıq?

Baxış sayı: 478

Mübarək Ramazan ayının başlaması ilə orucla bağlı bəzi məsələlər maraqla qarşılanır. İftar hazırlıqlarında Ramazan süfrələrinin əvəzolunmaz təamı olan xurma öz yerini tutub. Bəs niyə xurma ilə oruc açılır?

 

Xurma bütün aylarda yeyilməlidir

“Oruc niyə xurma ilə açılır” sualı xurmanın ən çox istehlak edildiyi Ramazan ayında yenidən gündəmə gəlib. Xurma sağlamlıq üçün çox faydalı bir meyvədir və bütün aylarda yeyilməlidir. Ancaq Ramazan ayında xurma ilə iftar etmək məlum bir həqiqətdir. Xurma ilə iftar etmək sünnətlərdən sayılır. Xurma ilə iftar etmək sağlamlıq üçün düşündüyünüzdən qat-qat vacibdir. Bədənin gün ərzində uzun müddət ac qalması nəticəsində yaranan aclığı və aşağı qan şəkərini qarşılayan xurma tərkibində çoxlu vitaminlər olduğu üçün çox sağlam bir meyvədir.

İftar zamanı diqqətli olun

İslam aləmində on bir ayın sultanı olaraq xarakterizə edilən və müqəddəs dəyəri olan Ramazan ayı martın 11-dən başlayıb. Bu il oruc tutmaq istəyənlər üçün iftar və sahur hazırlıqlarına start verilib. Bütün günü ac qalan insanlar artıq iftarda nə yeməli olduqlarını araşdırmağa başlayıblar. Bu müqəddəs ay ərzində sağlam qidalanmaq çox vacibdir. Xüsusilə ilk öncə axşam iftar zamanı çox diqqətli olmalıdırlar. Xurma iftar zamanı ən çox seçilən qidalardan biridir. Bəs niyə iftar zamanı xurmaya üstünlük verilir?

Xurma yoxdursa su ilə açın

Məhəmməd peyğəmbərin xurma ilə iftar edin tövsiyəsi müsəlmanlar tərəfindən xüsusilə üstünlük verilməsinin səbəblərindən biridir. İftar zamanı xurma ilə iftar etmək, xurma yoxdursa su ilə açmaq məsləhətdir. Orucun necə açılacağı ilə bağlı xüsusi qayda olmasa da, xurma və ya su ilə iftar etmək bədən sağlamlığı üçün çox faydalıdır. Ramazanın ənənəvi dadı olan xurma demək olar ki, bütün süfrələri bəzəyir.

Əsl lif mənbəyi olan xurma enerji verir və oruc tutan insan əvvəlcə qan şəkərini tənzimləyərək yaşadığı yorğunluğu geridə qoya bilər. Ona görə də iftarda xurma ilə iftar açmaq sağlamlıq üçün çox vacibdir. Xurma ilə iftar açmaq qan şəkərinizin balansını təmin edəcək və ilk mərhələdə toxluq hissi verəcək.

İftar zamanı tələsməmək vacibdir

Bütün günü ac qalan insanın birdən-birə ağır yeməklə başlaması onun sağlamlığına çox zərərlidir. Məhz bu səbəbdən mədənin rahatlaşması və yumşalması üçün su və xurma ilə açılması faydalı olar. Su susuzluğunuzu yatırsa da, xurma isə tərkibindəki bədənin ehtiyac duyduğu vitaminlərin alınmasını təmin edərək qan təzyiqini də tənzimləyir.

Bundan əlavə, boş mədənizi ağır qidalara doldurmaq həzm pozğunluğuna və bəzi xəstəliklərə səbəb ola bilər. Bu məqamda iftar zamanı tələsməmək vacibdir. Bu baxımdan ki, orucu su və ya xurma ilə açmaq mədəni yumşaltmaq və yeməyi asan həzm etmək üçün ən sağlam yoldur. Odur ki, xurma gün ərzində yaşanan yorğunluğu aradan qaldırmaqda və bədənə canlılıq verməkdə çox təsirlidir.

Həmçinin, xurma stresslə bağlı sinirləri sakitləşdirmək üçün də mükəmməl qidadır. Ona görə də bir çox faydası olan xurma iftar zamanı ilk üstünlük verilən qidalardan biri olaraq qalacaq.

 

Orxan Vahidoğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir