İsti mövsümdə kondisioneri yandırmaq və otağı soyuq hava ilə doldurmaq istəyirik. Rusiya Səhiyyə Nazirliyinin Rusiya Tibb Akademiyasının Virusologiya kafedrasının müdiri Yelena Malinnikova xəbərdarlıq edir ki, “ağıllı şəkildə” sərinləmək lazımdır, çünki yayda xəstələnmək riski də var.
Hipotermiya bakterial infeksiyanın inkişafına kömək edə bilər və onun mənbəyi də kondisioner ola bilər. Həkim Aleksandr Myasnikov və Yelena Malinnikova bu barədə “Rosiya1” telekanalında yayımlanan “Ən vacibi haqqında” verilişinin yeni buraxılışında danışıblar.
“Kondisioner müəyyən infeksiyaların mənbəyidir, yeri gəlmişkən, legionell və mikozlar da bu siyahıdadır, çünki göbələkləri tənəffüs etməklə çox xoşagəlməz şeylər ola bilər”, -deyə Malinnikova bildirib.
Nubar Süleymanova