Hamilə qadınlar üçün hazırlanan yaddaş vərəqələrində tez-tez istifadəsi uşaqda allergiyaya səbəb ola biləcək məhsulların siyahısı qeyd edilir. Bu cür tövsiyələr nə dərəcədə doğrudur? Ananın pəhrizi həqiqətən uşaqda allergiyaya səbəb ola bilərmi?
MayoMed Medikal Fizioterapiya vətər Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasovanın sözlərinə görə, hamilə qadınları xoşaldıqları sağlam qidaları yemələrinə icazə verilə bilər. Nə sitrus meyvələri, nə dəniz məhsulları, nə də hamiləlik dövründə yeyilən şokolad uşaqda irsi allergiya tarixi yoxdursa, allergiyaya səbəb ola bilməz.
Körpə əslində immunitet sisteminin həssaslığını valideynlərdən (həm anadan, həm də atadan) miras alır. Ancaq valideynin saxladığı pəhrizin bununla heç bir əlaqəsi yoxdur. Ancaq bütün halda körpələrin mümkün qədər uzun müddət ana südü ilə qidalanması vacibdir.