-cbfe5681171698494434763831810057679

Beyinin 9 “sehrli” qidası

Baxış sayı: 370

Beyin sağlamlığı ilə qidalanma arasında birbaşa əlaqə vardır. Mütəxəssislər zehni xəstəliklərin  qarşısını alan qidaları açıqlayıblar.

Budur beynin sağlamlığı üçün lazım olan 9 “sehirli” qida…

Depressiyanın qarşısını alır

Beynimizin 60%-i yağdan ibarətdir. Beynin hüceyrə quruluşunun istehsalında istifadə edilən əsas yağ isə omeqa 3-dür. Salmon kimi yağ baxımından zəngin balıqlar tərkibindəki omeqa 3 sayəsində depressiyanın qarşısını alır.

Altsheymer riskini azaldır

Çərəzlər zəngin tərkibi baxımından orqanizmin gündəlik vitamin və mineral tələbatını, eyni zamanda, beyinin təbii yağlara olan ehtiyacını ödəyir. Xüsusilə qoz lif, protein sayəsində Alzheymer xəstəliyi və şəkərli diabetin yaranmasını ləngidir, sümüklərin güclənməsi və dəri hüceyrələrinin cavan qalmasını təmin edir.

Əsəbləri qoruyur

Kələm nəinki beyinə, bədəndəki bütün digər orqanlara faydalıdır. Vitamin K sinir zədələrindən qoruyur və beyin sağlamlığına kömək edir. Əsəbləri qoruyur və demans kimi degenerasiya təsirinin qarşısını alır. Antosiyaninlər kələmin qırmızı olmasına səbəb olur. Bu maddə xərçəng riskini azaldan, beyni və bütün sinir sistemini dəstəkləyən zəngin bir antioksidandır.

Daha çox enerji…

Qəhvənin tərkibində olan kofein adenozinlərin, yorğunluq hissi ilə əlaqəli nörotransmitterlərin beyində bağlanmasının qarşısını alan nevroloji stimullaşdırıcıdır. Qəhvənin başqa bir xüsusiyyəti də polifenol adlanan çox yüksək miqdarda antioksidant ehtiva etməsidir. Bu birləşmə iltihabı maneə törədir, beynin enerjisini artırır.

Stressi azaldır, yaddaşı gücləndirir

Yaşıl çay stressi azaldan faydası ilə populyardır. Əlavə olaraq, yaşıl çayın mühakimə qabiliyyətini artırdığı bildirilir. Tərkibində olan katexinlər öyrənmə qabiliyyətini inkişaf etdirir və yaddaşı gücləndirir.

Hüceyrələri bərpa edir

Sürvə (dərman adaçayı) beyinin fəaliyyətinə müsbət təsir edən bitkilərdən biridir. Bu bitki beyin toxumasındakı biokimyəvi birləşmələrin səviyyəsini optimallaşdırır. Həmçinin beyin hüceyrələrinin bərpasında regenerativ rol oynayır.

Beyni zərərli təsirlərdən qoruyur

Zeytun yağı miqren ağrılarının azalmasına kömək edir, Altsheymer xəstəliyinə tutulma riskini azaldır. Tərkibindəki E vitamini beyin hüceyrələrini və beyni zərərli xarici təsirlərdən qoruyur. Antiinflamatuar təsiri ürək damar sağlamlığına da yaxşı təsir edir və təzyiq səviyyələrini saldığı üçün də beyin sağlamlığına ikinci bir yoldan da fayda təmin edir.

Faydalı bakteriyalar…

Probiyotiklər canlı mikroorqanizmlərdir, adətən bakteriyalardır. Onları kifayət qədər istehlak etdikdə, sağlamlıq üçün müəyyən faydalar təmin edirlər. Bəzi probiyotiklər narahatlıq, stress və depressiya əlamətlərini azalda bilər. Bununla belə, klinik olaraq diaqnoz qoyulmuş psixi xəstəliyi olan insanlar üçün onların potensial faydalarını anlamaq üçün daha çox araşdırmaya ehtiyac var.

Tam taxıllı qidalar

E vitamini və omeqa 3 zəngini olan bu qidaların, damar kalsifikasiyasına qarşı və ürək sağlamlığı üçün faydaları vardır. Qlutenli taxıllar bağırsaq keçməsini artırdığı üçün, mümkünsə qluten taxıllar seçilməlidir.

 

Nigar Orucova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir