mushfiq bu sheherde

“Bu şəhərdə”nin ssenaristi: “…Çünki biz onları qıcıqlandırırıq” – MÜSAHİBƏ

Baxış sayı: 8. 643

Müsahibimiz “Bu şəhərdə”nin prodüsseri, ssenarist Müşfiq Abbasovdur.

– Müşfiq Abbasov 2-3 cümlə ilə özünü necə təqdim edərdi?

– Müşviq…, Dilqəmin oğlu Müşviq…, Cavidin qardaşı Müşviq…, “Bu şəhərdə”nin ssenaristi Müşviq…,  və ya Müşviq Abbasov – baxır özümü kimə təqdim edirəm.

 -“Bu şəhərdə” necə yarandı? Bu, kimin ideyası idi?

– 2000-ci ildə, mart ayında – “Bu şəhərdə” RTR kanalında yayımlanan “Qorodok” verilişinin prototipi kimi yaranmışdır – o zaman mən “Parni iz Baku” KVN komandasının ssenaristlərindən biri idim (yeri gəlmişkən, 2000-ci ildə Moskvada keçirilən “Onluğun turniri”ndə biz “Parni iz Baku” əsrin çempionu kubokuna layiq görüləndə,  MDB KVN  komandalarının  müəllifləri içində,  20-ci əsrin ən yaxşı zarafatının muəllifi diplomuna mən  layiq görüldüm).

Ana ideya İlya Oleynikov və Yuriy Stoyanova məxsus olub, Azərbaycan versiyası Rafaelə, amma Rafael və Coşqun ikisi bu verilişi o vaxtkı formatinda efirə hazırlayırdılar. 2000-ci ilin sonunda onlar – CoRaf tərəfindən  mənə təklif gəldi, lakin mən fiziki olaraq bunu çatdıra bilməzdim. 2001-ci ildə  “Parni iz Baku” komandası kapitanımız, rəhmətlik Anar Məmmədxanovun qərarı ilə, fəaliyyətini dayandırdıqdan sonra, mən  CoRaf-in təklifini qəbul etdim, daha sonra “Bu şəhərdə”ni prodakşn kimi qeydiyyatdan keçdik, sonra mən “Bu şəhərdə”nin formatını dəyişdim, etdim konsert formatı və sırf müəllif ssenarisi (o vaxta qədər hər veriliş yalnız 6 lətifədən ibarət idi).

 – Sabah Müşfiq Abbasov olmasa, “Bu şəhərdə” yaşayacaqmı?

–  İndiki heyətdə yox. bu seherde

– Bəzən məişət, ailə, gəlin-qaynana mövzularında çox işləmənizi tənqid edirlər. Münasibətiniz nədir bu tənqidlərə?

–  Yəqin-məişət, ailə, gəlin-qaynana problemləri olan insanlar özlərini bizim obrazların simasında görürlər, bununla da biz onları qıcıqlandırırıq, ona görə də tənqid edirlər. Min şükür, vay o gündən ki, bizi müzakirə-tənqid etməsinlər.

 –  Sizdən nisbətən öncəki nəsil  – yəni tutaq ki, “Parni iz baku” bildiyiniz kimi, siyasi mövzulara da toxunurdu? Siz hansı səbəbdən bu motivdə mətnlər hazırlamırsınız?

–  Necə ki jurnalistikada kimi siyasi, kimi idman, kimi mədəniyyət, kimi elm və s. mövzularına üstünlük verir, – hamı eyni mövzuda yaza bilməz – Elə də bizim janrda kimi – kimi siyasi, kimi məişət, kimi sosial və s. mövzulara üstünlük verir. Əsas odur ki, hərə öz bacardığı işlə məşğul olsun.

–  “Parni iz baku” kollektivi ilə münasibətləriniz necədir? “Parni iz baku” və “Bu şəhərdə” – Bu iki komanda bir-birinə nə qədər rəqibdir?

–  Necə ki bir çox veriliş hazırlayan və ya konsert verən insanlarla eləcə də onlarla – nə dostuq, nə də düşmən. Azərbaycan tarixində heç kim bizim qədər nə il ərzində (2012-ci ildə Heydər Əliyev Sarayında 20 konsert) nədə ümumilikdə (bu günə qədər 240 konsert) solo konsert verməyib.

– Ssenarilərinizdəki obrazlar həyatdan gəlir yəqin ki… Onlardan bir-ikisini oxucularımız müəllifin dilindən tanıya bilərmi?

–   Hamısı həyatdandır, ona görə də tamaşaçılar tərəfindən səmimi və doğma qəbul olunur. Yəqin ki “bizim” tamadanın özünü və qonağı olan  obrazların çoxusunu,  oxucularınız öz qohumlarının toylarında görüblər, yox əgər görməyiblərsə gəlsinlər, biz öz qohumlarımızın toylarında göstərək. (gülür)

–   Yəqin Rafail və Coşqunun “parodiya” etdiyi tanınmışların “hücumlarına” da rast gəldiyiniz hallar olub. Kimləri yamsılamaq təhlükəlidir?

–  Yumor hissi olmayan insanları.

–  Bəs kimlər təşəkkür edir?

–  Yumor hissi olanlar.

–   Müşfiq Abbasov bu iki aktyorsuz nə işlə məşğul olardı? Və ya bir az başqa cür: əgər bu iki aktyor olmasa idi, kim üçün ssenari yazardı?

– Mən çörək mağazasında satıcı da işləmişəm, plastik qapı-pəncərə sexində menecer də, Neftbaza-da inspektor da, bir çox telekanallarda – redaktor, prodüsser, ssenarist kimi də çalışmışam, 5 fimin ssenarisini və 20 mahnının sözlərini yazmışam. Yəqin ki ən azı çörək pulu qazanmağa bir iş tapardım (gülür).

Söhbətləşdi: Vüsal Məmmədov

Gencaile.az10511177_724436160928350_1276771670289919228_n10500460_10203495867413206_3081255589421944005_n

10593139_738165986222034_2342469313410432987_n 10703716_772750516096914_238986684701802461_n 11391581_874187932619838_4564014949838091908_n




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir