Ezize novruzlu

Ata – Həyatın səssiz qəhrəmanı

Baxış sayı: 758

Ata – insan həyatında ən dərin, ən güvənli və ən möhkəm dayaqlardan biridir. Hər bir uşağın dünyasında ata yalnız valideyn deyil; o, qəhrəmandır, sığınacaqdır, etibar ediləcək ən güclü limandır. Uşaq üçün ata bəzən görünməyən bir qüvvədir – səssizcə qoruyan, yol göstərən və hər zaman arxada dayanan bir güc.

Mənim atam isə böyük qəlbə malik, nəcib və səxavətli bir insan idi. Onun həyat prinsipləri sadə, amma çox dərin idi: ədalətli olmaq, doğru yolu seçmək və insanlara da bu yolu göstərmək. O, təkcə sözləri ilə deyil, davranışları ilə də nümunə olmağı bacaran bir şəxsiyyət idi.

Atam tez-tez deyərdi ki, var-dövlət gəlib keçicidir, amma insanın qazandığı “təmiz ad”, şərəf və ləyaqət əbədi qalır. Həqiqətən də, şərəfli bir həyat yaşamaq hər kəsə qismət olmur. Lakin unutmamalıyıq ki, bu, böyük ölçüdə bizim seçimlərimizdən asılıdır. İnsan öz taleyini də, həyat yolunu da addım-addım özü formalaşdırır.

Valideyn olaraq bizim borcumuz uşaqlara doğru yolu göstərmək, onları həyatda düzgün istiqamətə yönəltməkdir. Ata isə bu missiyada xüsusi yer tutur. O, bizim görmədiyimiz təhlükələri görür, bizi qorumağa çalışır, daha savadlı, daha ayıq və dünyagörüşlü olmağımızı istəyir. Onun sərt görünən qayğısının arxasında sonsuz sevgi və məsuliyyət dayanır.

Həyat bəzən bir film kimi keçir. Hadisələr dəyişir, insanlar gəlir-gedir, rollar fərqli olur. Bəzən kimin kim olduğunu anlamaq çətinləşir. Amma filmin sonunda olduğu kimi, həqiqət yenə üzə çıxır. Məhz buna görə də insan hər zaman dürüst və ləyaqətli qalmağı bacarmalıdır.

Ailə isə bütün bu dəyərlərin formalaşdığı ən müqəddəs məkandır. O, hörmət, sevgi, mərhəmət, sədaqət və dostluq üzərində qurulmalıdır. Sağlam ailə – sağlam cəmiyyətin təməlidir. Mənim atamın həyatı da məhz bu prinsiplər üzərində qurulmuşdu və bu dəyərlər bu gün də bizim yolumuzu işıqlandırır.

Ata evin dirəyidir. O, həm öyüd-nəsihətdir, həm başa çəkilən ən isti sığaldır, həm də lazım gəldikdə ailəni qoruyan dəmir yumruqdur. Ata sevgisi bəzən sözlə ifadə olunmur, amma hər davranışda hiss olunur.

Bu gün hər kəsə bir çağırış etmək istəyirəm: atalarınıza və həyat yoldaşlarınıza dəyər verin. Unutmayaq ki, güclü ailənin təməlində qarşılıqlı anlayış dayanır. Necə ki deyilir, hər uğurlu kişinin arxasında ağıllı və güclü bir qadın dayanır – eləcə də hər güclü qadının arxasında ona dayaq olan bir kişi olur.

Çünki həyat birgə gözəldir, dəyərlər isə paylaşdıqca daha da böyüyür.

 

Loqoped Əzizə Novruzlu




8 şərh “Ata – Həyatın səssiz qəhrəmanı

  1. Samirə Məmmədli

    Cox guzel yazilib. Men de atami her zaman sevir ve onun yol gostermesini qiymetlendirem.

    Cavabla
  2. Fidan Zeynallı

    Atalar başa düşsələr ki, övladlarının həyatında neçə böyük rol oynayırlar, bəlkə övladları ilə daha çox vaxt keçirərlər. Yoxsa bütün yükü atıblar anaların boynuna

    Cavabla
  3. Səadət Mirvəlişova

    Çox gözəl yazılıb Xoşbəxtdi o uşaqlar atalı böyüyüb.Sən qızım gözəl ata yanında böyümüsən . Xoşbəxtdi o qızlar ki ata məhəbbəti ilə dolu bir həyat yaşayiblar

    Cavabla
  4. Şahnaz

    Əsl Psixo-pedaqoq olmaq – bilmək deyil, hiss etməkdir.
    Və o, bunu edən nadir insanlardan biri gözəl Əzizə xanım.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir