yemeye ne var

Toyuq, kök, pendir və yumurta ilə salat - "YEMƏYƏ NƏ VAR?"

Baxış sayı: 531

Sadə, şirəli və əlçatan məhsullardan hazırlanan bu salatda bütün inqrediyentlər bir-birini mükəmməl tamamlayır. Bu ləzzətli və bir qədər ədviyyəli salatı istənilən bayram süfrəsi üçün hazırlaya bilərsiniz qonaqlarınızın çox xoşuna gələcək.

Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında  bu resepti təqdim edirik:

 

Tərkibi:

 

 toyuq filesi – 300 q

yumurta – 3 ədəd

təzə kök – 1 ədəd (iri)

sərt pendir – 100 q

sarımsaq – 2 diş

mayonez – 2 x.q.

xama – 1 x.q.

qara istiot (üyüdülmüş)

duz

salat

Hazırlanması:

Toyuq filesini qazana qoyun, duz əlavə edin və qaynamağa başladıqdan sonra 25 dəqiqə bişirin. Sonra bulyonun içində soyudun və liflərə ayırın. Yumurtaları 10 dəqiqə qaynadın. Soyudun, qabığını təmizləyin və xırda kub şəklində doğrayın. Kökü yuyun, qabığını soyun və orta sürtgəcdən keçirin. Sarımsağı təmizləyin və presdən keçirin. Pendiri də orta sürtgəcdən keçirin. Bir qabda toyuq filesini, yumurtanı, kökü, pendiri və sarımsağı qarışdırın. Üzərinə qara istiot və duz əlavə edin, mayonez və xama ilə qarışdırın, yaxşıca qarışdırıb salat qabına yerləşdirin.

 

Xədicə Əfqan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir