Meryem T

Başqalarına “Hə” deyərkən özümüzdən necə imtina edirik?

Baxış sayı: 512

Həyatda insanları seçimlərinə görə iki qrupa bölmək olar: Bir qrup insan hər yerdə olmaq, hamını məmnun etmək və sırf “bir işə yaramaq” üçün hər gələn təklifə “hə” deyir. Digər qrup ise enerjisini, resursunu xərcləyəcəyi yerləri seçir; hər təklifə deyil, yalnız onun standartlarına və dəyərlərinə uyğun gələn addımlara “hə” deyir.

 

Bəs bu iki yanaşmanın fərqi nədədir?

Kəmiyyət tələsi: Hər şeyə “hə” demək, özünə “yox” deməkdir

Kəmiyyətə önəm verib hər yerdə olmaq, əslində özünə “yox” deməyə bərabərdir. Hər təklifə qaçmaq beynimizin idarəetmə mərkəzini (prefrontal qabıq) iflic edir və diqqəti dağıdır. Bir yerdən sonra bu qədər mübarizə aparmaq xroniki stres hormonu olan kortizolu artırır və insanı içdən-içə tükəndirir (burnout). Sosial təsdiq arayışınız başqalarının sizin haqqınızda fikirlər formalaşdırmasına, dəyərinizi təyin etməsinə imkan verir. Kimisə məmnun edə bilməyəndə isə özünüzü yetərsiz, dəyərsiz hiss etməyə başlayırsınız.

Bu vəziyyəti başa daxilində həll edə bilmirsiniz: Axı niyə mən özümü xilaskar kimi göstərən bir qurbana çevrilirəm?

Başqalarını məmnun etmək, dəyər qatmaq əlbəttə ki, çox qiymətlidir. Ancaq məsələ bunu öz haqqınıza girərək, öz üstünüzdən xətt çəkərək etmək deyil; bunu balanslı şəkildə etməyi öyrənməkdir.

12345678900987654321

Kökü haradan gəlir? “sözəbaxan uşaq” yetişdirmə modeli

Bizim cəmiyyətdə uşaqları kor-koranə hər şeylə razılaşmağa sövq edən, hamının təriflədiyi o “sözəbaxan uşaq” tərbiyə metodundan çox geniş istifadə olunur. “Camaat nə deyər?”, “Sənlə heç kəs yola getməz, həyatda tək qalacaqsan” kimi fikirlərlə uşaq vaxtından etiketlənən uşaqların beynində möhkəm neyron cığırları (inanclar) formalaşır. Böyüyəndə hər hansı təklifə “yox” demək istədikdə, beyin bunu fiziki təhlükə kimi qəbul edir və təşviş mərkəzi (amiqdala) həyəcan siqnalı çalır.

Onlar “öz”-dən və “mən”-dən uzaqda yaşayırlar. Həyat bir gün onlara “Dayan! Bəsdir!” deyə yoluna daha çox maneə çıxardanda isə insan artıq oturub düşünür: Mən niyə özümü əksik hiss edirəm? Niyə hər yerə yetişməyə çalışıram? Nəyə görə bu qədər təşvişliyəm?

 

Birinci qrup insanlara tövsiyələrim:

Həyatda yavaşlamağı öyrənməlisiniz: Hər şeyə eyni anda yetişə bilməzsiniz və bu, normaldır.

İndiki ana qayıdın: Nəfəs məşqlərindən, meditasiyalardan, mindfulness (fərqindəlik) texnikalarından istifadə edin.

İç səsinizi dinləyin: Səssiz bir mühitdə gözlərinizi bağlayıb daxilinizdən gələn səsi eşidin. Başa düşün ki, bu inancı öz-özünüzə yaratmamısınız və onu dəyişməyə gücünüz var.

“Yox” düyməsini məşq etdirin: Beynimiz plastikdir (neyroplastiklik). Nəzakətlə “yox” dediyinizdə, beyninizdə yeni və daha sağlam sərhəd cığırları açılır. Bu, əzələ kimidir — məşq etdikcə güclənir.

Təmənnasız dəstək olun: Ürəyinizdən keçən köməyi kiməsə gözlənti və qarşılıq olmadan etsəniz, bu sizi heç vaxt narahat etməyəcək və tükətməyəcək.

Mütəxəssis köməyi alın: Əgər özünüzə tək irəliləmək çətin gəlirsə, bir mütəxəssisdən dəstək alaraq daha hüzurlu bir həyata keçid edə bilərsiniz.

2121231212123434344343434]

Keyfiyyət cəlbediciliyi: öz sərhədlərini qorumaq

Digər qrup insanlar isə keyfiyyəti ön planda tutanlardır. Onlar özləriylə zaman keçirməyi, istəmədikləri mühitlərdə olmaqdan üstün tuturlar. Keyfiyyətli insanlar üçün öncəlik hər zaman öz duyğu, düşüncə və davranışlarıdır. Onlar həm özlərinin, həm də başqalarının şəxsi sərhədlərinə hörmətlə yanaşmağı bacarırlar. Bu qrup üçün hər yerdə olmaq deyil, ona dəyər qatan və özünü daha dəyərli hiss edəcəyi mühitlərdə olmaq əsasdır.

 

İkinci qrup insanlara tövsiyələrim:

Zaman balansı qurun: Özünüzə ayırdığınız zamanla işinizə və insanlara ayırdığınız zamanları tarazlaşdırın.

Sərhədlərinizdə elastik olun: Məcburi qaldığınız maraqsız mühitlərdən daxili hüzurunuzu pozmadan, sadəcə bir “müşahidəçi” kimi keçməyi öyrənin.

Elitizm tələsinə düşməyin: Həddindən artıq seçici olub insanlardan tamamilə təcrid olunmayın; ən sıradan görünən insanın da daxilində öyrəniləsi bir hekayə var.

Plansızlığa şans verin: Hər şeyi incəliyinə qədər filtrləmək həyatın gətirdiyi gözəl təsadüflərin qarşısını kəsir. Arada bir nəzarəti buraxıb axışa təslim olun.

Özünə layiq bildiyin həyat daha azına razı olmaq deyil, daha çoxuna çatmaq üçün dəyər yaratmaqdır!

Bəs sizcə kəmiyyət daha vacibdir, yoxsa keyfiyyət? (Kim hansı mənada başa düşsə, o istiqamətdən şərhlərdə cavablandıra bilər).

 

Psixoloq Məryəm Tarverdiyeva




1 şərh “Başqalarına “Hə” deyərkən özümüzdən necə imtina edirik?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir