Planşet boyda maşın

Baxış sayı: 1. 801

Yaponiyanın “Cocoa Motors” şirkəti çəkisi cəmi 2-3 kiloqram olan “şəxsi konveyer” hazırlayıb.

Mühəndislər bu ilin payızında satışa çıxarılacaq yeni qurğunu təkərli “WalkCar ayped” adlandırırlar.

“İtc.ua” xəbər verir ki, görünüşü skeytbordu xatırladan “WalkCar” kiçik olsa da, 120 kiloqrama tab gətirir və saatda 10 kilometr sürətlə hərəkət edir.

Alüminiumdan hazırlanan qurğu litium batareyaları ilə hərəkətə gəlir. Batareyası 3 saat müddətində doldurulduqdan sonra 12 kilometr yol qət edə bilir.

Yeni innovasiyanı hazırlayan Kunaiko Sayto bildirib ki, alıcılar bundan yalnız nəqliyyat vasitəsi kimi yox, həm də ağır yükün daşınmasında istifadə edə biləcəklər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir